• $
  • €
  • ₽
  • ₺
  • £

Gmail-də daha bir yenilik

Gmail-də daha bir yenilik
26.10.2014 13:00

Google axtarış sistemi Gmail-dən məktubları çeşidləməklə fərqlənən yeni İnbox poçt xidmətini təqdim edib.

 

Xidmət avtomatik şəkildə oxşar məzmuna malik olan məktubları bir kateqoriyaya yığacaq, misal üçün, bütün çeklər və bank çıxarışları bir kateqoriyada toplanacaq.

 

Əlavə xidmət istifadəçinin hansı məktubları müəyyən qrupa göndərdiyini yadda saxlayır və sonra bunu avtomatik şəkildə icra edir. Inbox həmçinin daxil olan məktubları və yaddaş dəftərçəsini sonraya saxlayır.

 

Inbox-da ən vacib məlumatlar üçün xüsusi bloklar var, misal üçün, təyyarəyə və ya tədbirlərə bilet.

 

Bu bloklarda yalnız məktubun məzmunu haqda məlumat deyil, həmçinin internetdən təxsis edilmiş tədbir və s. haqda əlavə məlumat təsvir olunacaq.

 

Xidmətdə həmçinin köçürmə funksiyası da olacaq, bu funksiya istifadəçinin məktublarına tələb olunan məlumatları təqdim edir. Misal üçün, Kompüter dükanına zəng etmək xatırlatması mövcuddursa, Inbox dükanın telefon nömrəsini və iş vaxtını göstərir.

İstifadəçi restoranda masa sifariş edibsə, sifarişin təsdiqlənməsi ilə yanaşı, o, restorana gəlmək üçün marşrut xəritəsi də təqdim olunacaq.

 

Hazırda xidmətə yalnız dəvətnamə ilə qoşulmaq olar, onu da [email protected]/* */ müraciət edərək almaq olar. Inbox-un ümumi istifadəyə nə vaxt veriləcəyi haqda Google məlumat vermir.

 

Poçtun oxşar şəkildə təşkili funksiyaları bu ilin aprel ayında, Dropboxa aid olan Mailbox poçt xidmətində təqdim edilib. Bu ilin iyul ayında analoji funksiyalar Apple şirkətinin mobil poçt əlavə proqramında təqdim edilib. 

Ictnews

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol