• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəbli maaşlardan DANIŞDI

Hadı Rəcəbli maaşlardan DANIŞDI
22.12.2018 18:02

Azərbaycan Prezidenti İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı dövlət başçısının aztəminatlı ailələrə qayğısının daha bir nümunəsidir. Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyev aztəminatlı ailələrlə bağlı mütəmadi olaraq bu cür tədbirlər görür, onların rifah halının yaxşılaşdırılması üçün addımlar atır:
 
"Azərbaycanda sosial siyasət daim proritet istiqamətlərdən biri olub və ölkə başçısı aztəminatlı insanlara heç vaxt qayğısını əsirgəməyib. Çünki Azərbaycan dövlətinin sosial müdafiə siyasətinin əsasında insan amili və onun rifahı dayanır".

Komitə sədri söyləyib ki, sosial siyasət daim dövlət büdcəsində də əsas istiqamət olub, bütün nəzərdə tutulan sosial layihələr həyata keçirilib: "2019-cu ilin dövlət büdcəsi də sosial yönümlüdür. Dövlət büdcəsi tərtib olunarkən ilk növbədə sosial layihələr nəzərə alınıb".

H.Rəcəbli vurğulayıb ki, indiyə qədər Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən bir çox layihələr və dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirməyə, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Bütün bu işlərin nəticəsidir ki, 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib".

Qeyd edək ki, Prezident İlham Əliyevin Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında 2018-ci il 19 dekabr tarixli sərəncamı ilə dekabrın 28-nə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.



Təqaüdçü: Oynaqlarım 17 yaşımda olduğu kimidir! Bunun üçün hər gün...




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol