• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell" NNTV xidmətini təqdim edir

"Azercell" NNTV xidmətini təqdim edir
18.01.2019 16:58
"Azercell Telekom” MMC abunəçilərinə mobil telefonda teleyayım imkanlarını yaradan NNTV xidmətini təqdim edir. Bu xidmət vasitəsilə Azercell abunəçiləri 150 televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər. 

NNTV xidməti heç bir əlavə avadanlıq (kabel, anten və s.) olmadan telekanallara abunə olmaq imkanı yaradır. Bu texnoloji yenilik sayəsində telekanalları istənilən yerdə, istənilən provayderin şəbəkəsində yüksək keyfiyyətdə - HD formatda izləmək mümkündür. Dünyanın ən məşhur və ən çox izlənilən kanallarını smartfona daşıyan NNTV xidmətinin əsas üstünlüyü ondadır ki, abunəçi bu kanalları yalnız ölkə ərazisində deyil, xaricdə olarkən də izləyə bilər. Bundan əlavə, kanaldan  müəyyən video məzmunu yükləyib sonra da izləmək mümkündür. 

Mobil TV xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və ya aylıq paketi seçə bilərlər. Aylıq paketi aktiv etmək üçün AY sözünü, Günlük paketi aktiv etmək üçün isə GUN sözünü yazıb 5773 nömrəsinə göndərmək lazımdır. Kanalları izləyə bilmək üçün xidmətə qoşulduqdan sonra Google Play (Android) və App Store (iPhone) platformalarından NNTV mobil tətbiqini yükləmək lazımdır. 

NNTV xidməti ilə bağlı ətraflı məlumatla www.azercell.com saytından tanış olmaq mümkündür. 

Əlavə məlumat üçün  https://www.azercell.com/az/personal/services/partner_services/nntv/ səhifəsinə daxil olun.


Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol