• $
  • €
  • ₽
  • ₺
  • £

“Fitch” Azərbaycanın reytinqini təsdiqlədi

“Fitch” Azərbaycanın reytinqini təsdiqlədi
18.02.2019 21:30
"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

Reytinq üzrə proqnoz "stabil” olaraq "BB+” səviyyəsində təsdiq olunub.

Reytinqin "BB+” səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında "Fitch” qeyd edib ki, Azərbaycanın kredit reytinqləri güclü xarici balans və aşağı səviyyədə dövlət borcu ilə balanslaşdırılıb.

"Fitch”in analitikləri hesab edirlər ki, 2014-cü ildə neftin qiymətinin ucuzlaşması, milli valyutanın məzənnəsinin devalvasiyası və fiskal siyasətin sərtləşməsi ilə bağlı problemlərdən sonra Azərbaycan iqtisadiyyatı tədricən bərpa olunur.

"Daha ucuz idxal və stabil mübadilə məzənnəsi səbəbindən inflyasiya 2,3%-dək azalıb. Biz 2019-cu ildə ÜDM-in 3,5% səviyyəsində artımını gözləyirik, bu da "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinə sərmayələrlə dəstəklənəcək. Öz növbəsində, turizm və kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafına şərait yaradacaq”, - deyə məlumatda bildirilir.

Agentlik 2019-cu ildə Azərbaycanın ümumi dövlət borcunu 18,4% səviyyəsində proqnozlaşdırır.

"Buna baxmayaraq, neftin qiymətinin mümkün ucuzlaşması qarşısında iqtisadiyyatın zəifliyi, xammaldan yüksək asılılıq nəzərə alınmaqla, hələ də yüksək olaraq qalır. ÜDM-in 42%-i karbohidrogen sektoru, 91%-i malların ixracı və 63%-i vergi daxilolmalarının payına düşür. Pul-kredit siyasətinin səmərəliliyi zəif inkişaf etmiş kapital bazarı və dollarlaşmanın yüksək səviyyəsi və mübadilə məzənnəsinin məhdud çevikliyi ilə məhduddur.

2018-ci il noyabrın sonuna depozitlərin 66%-i və kreditlərin 37%-i dollarlaşmanın payına düşür”, - agentlik qeyd edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol