• $
  • €
  • ₽
  • ₺
  • £

AtaBank rəsmi internet səhifəsini yenilədi

AtaBank rəsmi internet səhifəsini yenilədi
27.02.2019 11:23

"AtaBank” ASC tam yenilənmiş saytını müştərilərinin istifadəsinə təqdim edib. Sayta daxil olaraq hüquqi və fiziki şəxslərə təqdim edilən bütün xidmətlər barəsində məlumat əldə edə bilməklə yanaşı müştərilər plastik kart, səfirliyə təqdim etmək üçün arayış və kredit sifarişlərini, kommunal və kredit ödənişlərini onlayn həyata keçirə bilərlər. Bundan əlavə saytda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tələb olunan hesabatlar, İ-Map, bankın maliyyə göstəriciləri öz əksini tapıb. Əvvəlki versiyadan fərqli olaraq yenilənmiş saytdan bankın İnternet və Mobil Bank xidmətinə asanlıqla keçmək, həmçinin ən yaxında yerləşən filial və ATM-lər haqqında məlumat əldə etmək olar.

Ən əsası isə sayta daxil olub 136 Qaynar xətt düyməsini seçərək istənilən sosial şəbəkə, whatsApp, telegram, sayt üzərində mövcud olan mesencer vasitəsi ilə dərhal bank ilə əlaqə yaratmaq mümkündür. 

"AtaBank” ASC-nin Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru Oruc İbrahimov bildirdi ki, müştərilərin bütün istəkləri və beynəlxalq standartlar nəzərə alınaraq sayt tamami ilə yenilənib. Daha müasir üslubda hazırlanan sayt ən xırda məqamları belə nəzərə almaqla müştərilərin asanlıqla istifadə edə bilmələri üçün olduqca rahat tərtib edilib.

Bankın yeni internet səhifəsi ilə tanış olub onun imkanlarından yararlanmaq istəyənlər www.atabank.com  saytını ziyarət edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol