• $
  • €
  • ₽
  • ₺
  • £

"Access Bankirlər Məktəbi" layihəsinə start verilir

"Access Bankirlər Məktəbi" layihəsinə start verilir
18.03.2019 15:11
AccessBank-ın uğurunun əsasını yüksək ixtisaslı kadrlar təşkil edir. Bu kadrların böyük hissəsi karyeralarına Bankda başlayaraq öz sahələrinin mütəxəssislərinə çevrilib. AccessBank bu sektorda inkişaf edərək uğurlu karyera qurmaq istəyənlər üçün "Access Bankirlər Məktəbi" ("Access Bankers School") layihəsinə start verir. Layihənin məqsədi yüksək potensiala malik gənclərin peşəkar addımlarını atmaqda dəstək olmaqdır.

12 həftə davam edəcək layihə çərçivəsində namizədlər Bankın baş ofisində və filiallarında hazırlıq keçəcək. İştirakçılar mikrokreditləşmə, kiçik və orta biznes müştəriləri ilə iş, tamçeşidli qeyri-kredit məhsullarının və xidmətlərinin təqdim olunması, xəzinədarlıq və risklərin idarə edilməsi kimi istiqamətlərlə tanış olacaq.

Namizədlərə qarşı tələblər:

Ən azı bakalavr dərəcəsi
Komandada işləmək bacarığı
Analitik təfəkkür
AccessBank-da karyera qurmaq istəyi
Bankın regional filiallarında işləmək istəyi və imkanı
Rus və / və ya ingilis dili biliyinə üstünlük verilir
İş təcrübəsi tələb olunmur, amma təcrübənin olması üstün cəhətdir.

Seçim mərhələlərindən keçmiş namizədlərə aşağıdakılar təklif olunur:

Unikal peşəkar inkişaf imkanı
İlk təlim günlərindən etibarən əmək müqaviləsinin bağlanması
Təlim müddətində zəmanətli əməkhaqqı
Bank sahəsini eyni zamanda bir neçə istiqamətdən tanımaq imkanı
AccessBank-da karyera yüksəlişi.

"Access Bankirlər Məktəbi"nə müraciət etmək üçün 31 mart 2019-cu il tarixinədək sayta keçid edərək (https://www.accessbank.az/az/our-bank/bankers-school/ ) qeydiyyatdan keçə bilərsiniz. Növbəti 3 həftə ərzində (31 mart - 21 aprel) namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol