• $
  • €
  • ₽
  • ₺
  • £

Qaz limitini keçənlər - Bu qədər güzəşt əldə edəcəksiniz

Qaz limitini keçənlər - Bu qədər güzəşt əldə edəcəksiniz
01.05.2019 11:35
"Qaz limitini keçənlər əlavə 500 kub metr güzəşt əldə edə biləcəklər”.

Redaktor.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov qaz limitinin artırılmasının əhaliyə təsirlərini şərh edərkən qeyd edib.

O, bildirib ki, limitlərin sıfırlanması ilin son günündə baş verəcək:

"SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək, şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq”.

İqtisadçı vurğulayıb ki, güzəşt vətəndaşların limitinə əlavə olunacaq:

"Birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilən güzəştin artırılması müsbət haldır. CESD-nin hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq, bu limitə yenidən baxılması və güzəştin daha da artırılması məqsədə uyğun hesab edirik”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol