• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar TV” istifadəçilərinin sayı 117% artıb

“Nar TV” istifadəçilərinin sayı 117% artıb
19.05.2019 09:02
Azərbaycan telekommunikasiya bazarının ən innovativ məhsullarından olan "Nar TV” tətbiqində qeydiyyatdan keçənlərin sayı 117% artıb. Hər zaman gənc nəslin dinamik tələblərinə cavab verməyi hədəfləyən "Nar”-ın təqdim etdiyi bu xidmətdən yararlananların seçiminə bir çox  amillər təsir edir. Mobillik vəd edən tətbiq, zaman və məkan məhdudiyyəti olmadan istifadəçilərə mobil telefonlarda və ya tabletlərdə sevimli TV verilişlərini, film və serialları izləmə imkanı verir. Bundan başqa, istifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə davamlı olaraq yenilənmələr aparılır və sistemə düzəlişlər edilir.
 
Xidmətin digər önəmli üstünlüklərindən biri də azyaşlı izləyicilərin tətbiqdə yalnız faydalı və uyğun kontenti izləməsi üçün valideyn nəzarət funksiyasının olmasıdır. Belə ki, xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq mümkündür.
 
"Nar TV” tətbiqi ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkündür. Qeyd edək ki, "Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlərin mövcudluğunu təmin etmək üçün siyahıya mütəmadi olaraq yeni çıxan filmlər əlavə edilir. "Nar”-ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər "Google Play” və "App store”-dan yenilənmiş tətbiqi yükləməlidir. "Nar TV” haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: nar.az
 
 "Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol