• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının şadlıq saraylarında qiymətlər artıb?

Bakının şadlıq saraylarında qiymətlər artıb?
01.09.2014 14:05
Bazarlardakı bahalaşma hələ ki, onlardan yan keçib...Rusiyaya qarşı Qərbin iqtisadi sanksiyaları artıq Azərbaycanda da kənd təsərrüfatı məhsulları və ərzağın bahalaşmasında özünü göstərir. Son bir həftə ərzində bəzi məhsulların qiymətinin hətta iki dəfə artması bunun bariz göstəricisidir.Mövcud durumun paytaxtdakı şadlıq saraylarının menyularında olan qiymətlərə hansı təsirinin olub-olmamasını öyrənmək üçün onlardan bir neçəsi ilə əlaqə saxladıq. “İmperator” şadlıq sarayının əməkdaşı qiymətlərin stabil olaraq qaldığını bildirdi. Topdan formada aldıqları məhsulların qiymətlərində cüzi bahalaşma olduğunu söyləyən şəxs menyudakı qiymətlərin restoranın seçiləcək zalından və gələn qonaqların sayından asılı olaraq dəyişdiyini bildirdi. Suallarımızı cavablandıran “Altun” şadlıq sarayının inzibatçısı da menyu qiymətlərində dəyişiklik olmadığını dedi. İstəkdən asılı olaraq menyudakı qiymətlərin 50, 60, 80 manat arasında dəyişdiyini deyən inzibatçı menyuya ediləcək dəyişikliklərin ancaq administratorla razılaşdırıldığını söylədi.“Ağ çiçəyim” şadlıq sarayının mühasib xanımı isə qiymətlərin minimum 45 manatdan başladığını və 80 manatadək davam etdiyini söylədi. Onun sözlərinə görə, rəhbərlikdən menyudakı qiymətlərin qaldırılması ilə bağlı heç bir göstəriş verilməyib. “Bakı Əyləncə Mərkəzi”nin administratoru Anar bəy də qiymətlərdə hələ ki, dəyişiklik olmadığını bildirdi."Yeni Müsavat"
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol