• $
  • €
  • ₽
  • ₺
  • £

İnternet qiymətləri ilə bağlı nazirlikdən YENİ AÇIQLAMA

İnternet qiymətləri ilə bağlı nazirlikdən YENİ AÇIQLAMA
28.08.2014 00:00
“Artıq genişzolaqlı rabitə, yəni hər evə optika layihəsi reallaşmaq üzrədir. Bundan sonra internetin həm keyfiyyətində, həm qiymətində növbəti dəyişiklik olacaq”. Bu sözləri Axar.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov internet tariflərinin yaxın gələcəkdə ucuzlaşacağı ilə bağlı sualımızı cavablandırarkən açıqladı. RYTN sözçüsü qeyd etdi ki, bu layihəni nazirliklə Dövlət Neft Fondu birgə həyata keçirir. Qeyd edək ki, Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin ("Evə optika") həyata keçirilməsinə 2014-cü ildə başlanılıb. Layihə 2014-2016-cı illəri əhatə edəcək. Layihənin yekun məqsədi ucqar yaşayış məntəqələri daxil olmaqla ölkənin bütün ərazisini 10-100 Mbit/saniyə civarında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır. Bu da Azərbaycana 2017-ci ildə dünyanın bu sahədə inkişaf etmiş ölkələri sırasına çıxmağa imkan verəcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
İqtisadiyyat 17:39
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat 17:29
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
İqtisadiyyat 13:58
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
İqtisadiyyat 13:50
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
İqtisadiyyat 13:45
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
İqtisadiyyat 11:55
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
İqtisadiyyat 09:36
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol