• $
  • €
  • ₽
  • ₺
  • £

Metro istifadəçilərinə ŞAD XƏBƏR

Metro istifadəçilərinə ŞAD XƏBƏR
14.08.2014 12:31
Şərti adları “Avtovağzal” və “Memar Əcəmi-2” olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni “Bənövşəyi xətt”ində ilk qatarlar hərəkətə başlayacaq. ANS PRESS-in məlumatına görə, Almaniya və ABŞ istehsalı olan tunelqazma qurğuları artıq “Bənövşəyi xətt”in 4-cü stansiyası istiqamətində qazıntı işləri aparır.ANS PRESS-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzərTAc-a bildirib ki, hazırda “Xocəsən” elektrik deposu ilə “Avtovağzal” stansiyası arasındakı tunellərdə tikinti-quraşdırma işləri davam edir. “Avtovağzal”–“Memar Əcəmi-2” stansiyaları arasındakı tunellərdə isə işlər yekunlaşıb və stansiyalarda avadanlıqların quraşdırılması başa çatmaq üzrədir.Paytaxtın Ceyhun Səlimov küçəsində (Hərbi hospitalın yanı) inşa olunan stansiyanın tikinti sahəsinə düşən işıq, qaz, su-kanalizasiya xətlərinin yeri dəyişdirilib. Artıq “qruntda divar” işləri başa çatdırılıb və start kamerasının tikinti-quraşdırma işləri yerinə yetirilir.Həmçinin Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanı) yerləşəcək digər stansiyasının tikintisi ilə bağlı bütün hazırlıq işləri başa çatdırılıb. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün ərazidə yeni alternativ yol çəkilib. “Bənövşəyi xətt”in daha bir stansiyası isə Füzuli küçəsində, Heydər Əliyev Sarayının arxasında salınan parkın yaxınlığında inşa olunacaq.“Bənövşəyi xətt”ə daxil olan stansiyaların fəaliyyətə başlaması respublikamızın şimal və cənub bölgələrindən, eləcə də Sumqayıt və Xırdalan şəhərlərindən paytaxta gələn sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, minlərlə avtomobilin şəhərin mərkəzinə daxil olmasının qarşısını alacaq. Eyni zamanda, metropolitenin bu xətti Xırdalan şəhərinin, Sulutəpə, Hökməli, Biləcəri və digər yaşayış məntəqələrinin nəqliyyat problemlərini də əsasən həll edəcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol