• $
  • £

Prezident kreditlərlə bağlı vacib xəbərdarlıq etdi

Prezident kreditlərlə bağlı vacib xəbərdarlıq etdi
29.05.2020 00:23
"Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik".

Anews.az baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.
"Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur.
Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır.
Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir.
Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır.
Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər", deyə dövlət başçısı bildirib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İctimai iaşə dövriyyəsinin həcmi 6 %-dən çox artıb
İqtisadiyyat 13:36
İctimai iaşə dövriyyəsinin həcmi 6 %-dən çox artıb
DSMF iyunda 37 mindən çox vətəndaş müraciətini cavablandırıb
İqtisadiyyat 12:12
DSMF iyunda 37 mindən çox vətəndaş müraciətini cavablandırıb
ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
İqtisadiyyat 11:57
ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
Yasamal və Nizamidə işıq olmayacaq
İqtisadiyyat 09:21
Yasamal və Nizamidə işıq olmayacaq
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:08
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:02
Azərbaycan nefti bahalaşıb
Ağdamda baş verən ağır qəzada 6 nəfər xəsarət alıb
İqtisadiyyat 16:58
Ağdamda baş verən ağır qəzada 6 nəfər xəsarət alıb
Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
İqtisadiyyat 16:42
Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb
İqtisadiyyat 10:01
Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol