• $
  • €
  • ₽
  • ₺
  • £

Elit mənzillərin bazarı çökür

Elit mənzillərin bazarı çökür
01.08.2014 20:01
Bakıda ən ucuz elit mənzilin qiyməti təmirsiz halda bəzən 1 milyon manata çatır.Əvvəlki illərlə müqayisədə hazırda Bakıda elit evlərə tələbat azalmağa doğru istiqamət götürüb.ANN.Az Movqe.az-a istinadən xəbər verir ki, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri Ramil Osmanlının bildirdiyinə görə, elit evlərə tələbatın azalması bu kateqoriyaya aid insanların artıq bazardan uzaqlaşması və qiymətlərin alıcılıq qabiliyyətinə adekvat olmamasından qaynaqlanır:“Bu kateqoriya demək olar ki, çox məhdud saydadır. Onların da mənzilə tələbatı olduqca aşağı səviyyədədir. Demək olar ki, hamısının hazırda bir və ya bir neçə bu tip mənzilləri var. Ona görə də, daha artıq mənzilə sahib olma tələbatı aşağı səviyyədədir. Bu səbəbdən də elit evlərə tələb demək olar ki, yoxdur. Nəticə etibari ilə hazırda elit evlərin dövriyyədən çıxması prosesi baş verir. Elit evlərə tələbatın artırılması müxtəlif amillərlə bağlıdır.Birincisi, elit evləri inşa edən sahibkarlar qiymət siyasətinə ciddi şəkildə əl gəzdirməlidir. Qiymətlər aşağı salınmalıdır.İkincisi, Azərbaycanda sosial-iqtisadi vəziyyətin artımı mövcud bazar qiymətinə uyğun olmalıdır. Ən azından orta aylıq əmək haqqının məbləği bir neçə dəfə artmalı, işsizlik problemi tam olaraq həll olunmalı, sosial-iqtisadi inkişaf bütün təbəqələri əhatə etməlidir.Hesab edirəm ki, yalnız bu addımlar gerçəkləşəndən sonra elit qrupuna aid insanların sayı artdıqca, həmin mənzillərə olan tələbat da artacaq”.“MBA Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimli bildirdi ki, varlı insanlar elit evlərlə bağlı ehtiyaclarını ödədiyindən, artıq belə evlərə tələbat da azalıb:“Elit evləri adətən ödəniş imkanı yüksək olan insanlar alır. O insanların da artıq şəhər mərkəzi və şəhər kənarında bir və ya bir neçə villası var. Bu amil də elit evlərə tələbatın azalmasına gətirib çıxarıb, çünki həmin kateqoriyadan olan insanların artıq belə evlərə ehtiyacı yoxdur. İkinci bir tərəfdən, ölkəmizdə demək olar ki, varlı təbəqəsi yenilənmir. Bu proses baş versə də, çox ləng gedir, yenilənmə müddəti çox uzun çəkir. Gərək varlı təbəqə yenilənə, gənc nəsil gəlib varlana ki, onların da həmin elit evlərə tələbi formalaşsın. Yəni ləngimə prosesi də elit evlərə tələbatı bu gün yox səviyyəsinə çıxarıb. Hazırda isə ölkəmizdə tələbat orta biznes və kütləvi yaşayış evlərinədir”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol