• $
  • €
  • ₽
  • ₺
  • £

“Unicapital” İnvestisiya Şirkətinə yeni rəhbər təyin olunub

“Unicapital” İnvestisiya Şirkətinə yeni rəhbər təyin olunub
30.06.2020 16:51

"Unicapital” İnvestisiya Şirkətinin Səhmdarının qərarı ilə Tahir Qəribov "Unicapital” İnvestisiya Şirkəti” ASC-nin baş meneceri təyin olunub. Tahir Qəribov bu vəzifəyə təyin olunanadək "Unicapital” Müşahidə Şurasının müşaviri vəzifəsində çalışıb.

Tahir Qəribov Unibank komandasına 2010-cu ildən qoşulub. O, bankda "Lizinq Əməliyyatları Departamentinin rəhbəri”, "İdarə Heyəti sədrinin törəmə təşkilatları üzrə müşaviri”,  "İnvestisiya Bankçılığı Departamentinin direktoru” və digər vəzifələrdə işləyib. 2018-ci ildən isə "Unicapital” İnvestisiya Şirkətində çalışır.

Nizamnamə kapitalı 100%-lik "Unibank”a məxsus olan "Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan "Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində "Unicapital” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də xarici və yerli qiymətli kağızlara yatırım etmək istəyən yerli hüquqi və fiziki şəxslər üçün etibarlı tərəfdaşdır. İnvestisiya Şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir.

"Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol