• $
  • €
  • ₽
  • ₺
  • £

"Əhalinin günahı yoxdur, onları aldadıblar" - Elman Rüstəmov

"Əhalinin günahı yoxdur, onları aldadıblar" - Elman Rüstəmov
30.07.2020 13:28
"Görülən işlər çərçivəsində biz hökumətə, hökümət tərəfindən də Konstitusiya Məhkəməsinə müraciət olundu və əhalinin mənafeyini qoruyan ətraflı rəylə cavab verdik. Əhalinin bu məsələdə günahı yoxdur. Bank menecerləri əhalini aldadıb və günakar da onlardılar. Əhalinin hüquqları və əmanətləri bərpa olunmalıdır".

Anews.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdilən mətbuat konfransında bağlanmış banklarda əmanətçilərlə bağlı yaranmış problemə münasibət bildirərkən deyib.

 E.Rüstəmov qeyd edib ki, qurumun bu gün də əmanətçilərlə görüşü olub: "Onlara izahlar edildi. Bilirsiniz ki, "Atabank"da nəzarət dövrü Mərkəzi Bankda deyildi. NBC bankda bankın kapitalı diqqətimizi cəlb etdi. Yoxlama zamanı gördük ki, bank zəifdir, hesabatları həqiqətlərə uyğun deyil və təsis tədbirlərinə baxmayaraq əmanətləri qəbul etməkdə davam edib. Lakin bunu tam şəkildə hesabatdan gizlədib. Biz başa düşdük ki, bank bağlanmağa doğru gedir və buna görə də əmanətlərin qəbulunu qadağan etdik. Lakin növbəti yoxlamada məlum oldu ki, prosses yenidən davam edir. Bankın lisenziyası geri çağırılanda requlyatorun tələblərinə cavab verməyib və imtina edib.  Maliyyə xidmətləri göstərdiyi insanları aldadıb. "Azəriqazbank”da vəziyyət daha mürəkkəb olub.
 
Burada qorunan əmanətlərin səviyyəsi limitdən aşağı olub. Lakin elə şərtlər qoyublar ki, bunlar faktiki olaraq qorunan əmanət statusu alıb.

Konstitusiya Məhkəməsiylə daim əlaqədəyik. Son məlumata görə, 1 həftə -10 gün ərzində qərar veriləcək. Biz çox nikbin və müsbət qərara ümid edirik. Əhaliyə təmkinli olmağı tövsiyə edirik. Lakin artıq prosesin sonundayıq. Məhkəmə artıq olub. Təxminən 1300 insan və 62 milyon manata qədər əmanət var. İnanıram ki, öz əmanətlərinə çıxış imkanlarını təmin edəcəyik".
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol