• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Salyan sakininə bayram hədiyyəsi etdi

Unibank Salyan sakininə bayram hədiyyəsi etdi
30.07.2020 17:38
Unibank xalqımızı müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, xoşbəxtlik, xeyir-bərəkət arzulayır.

Salyan sakini Anar Məmmədov üçün bu gün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi biznesini böyütməkdə kömək edib. Bayram ərəfəsində Unibank Anar Məmmədova ailə biznesini genişləndirmək üçün avadanlıqlar təqdim edib. Anar Məmmədov  bu günün onun üçün çox əlamətdar bir tarixə çevrildiyini bildirib : "Unibank bu gün bizim ailəmizə çox böyük sevinc yaşatdı. Bu avadanlıqların köməyi ilə mən xeyli vaxtdır arzusunda olduğum işimi bir qədər böyütmək imkanı qazanacam, ailə gəlirlərimi artıra biləcəm. Bu sevinci bizə yaşatdığı üçün "Unibank”a, eləcə də özünüməşğulluq layihəsinin hər bir tərəfdaşına təşəkkürümüzü bildiririk”. 
 
Qeyd edək ki, Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

Korporativ sosial məsuliyyət "Unibank”ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.
 
Unibank-hər kəsin bankı!


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol