• $
  • €
  • ₽
  • ₺
  • £

Ilkin mərhələdə Azərbaycanda 14 növ bitki sığortalanacaq

Ilkin mərhələdə Azərbaycanda 14 növ bitki sığortalanacaq
12.08.2020 19:00
Azərbaycanda bu ildən tətbiq ediləcək aqrar sığorta mexanizmi ilkin mərhələdə 14 növ bitkiçilik məhsulunu sığortalayacaq.

Bu barədə Anews.az-a Aqrar Sığorta Fondundan bildirilib.

Məlumata görə, aqrar sığorta ilə əhatələnəcək bitkiçilik məhsullarının siyahısı Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarı ilə müəyyən edilib.

Həmin qərara əsasən Aqrar sığortanın predmetinə daxil olan kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru,  portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Göründüyü kimi, ölkəmizdə tətbiq ediləcək aqrar sığorta mexanizmi çoxillik əkmələri də əhatə edəcək. Bu da həmin sahələrin investisiya cəlbediciliyini artıracaq.

Qeyd edilib ki, növbəti dövrlərdə aqrar sığortanın əhatə etdiyi bitkilərin siyahısının daha da artırılması nəzərdə tutulur. 

Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli qərarı ilə isə aqrar sığortanın əhatə etdiyi risklərin tərkibi dəqiqləşdirilib. Bunlar təbii fəlakətlər: zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, yanğınlar, bitki xəstəlikləri və zərərvericiləri, xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləridir.

Aqrar sığorta taxıllar, paxlalılar və yağlı bitkilərdə – dəni, lifli bitkilərdə – lifi, əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dibi, əsas məhsulu yarpaq olan bitkilərdə - yarpağı, meyvəsi yeyilən bitkilərdə - meyvəni, yem bitkilərində isə - bütün yaşıl hissəyə təminat verir.

Qeyd edək ki, sahibkarlar əlavə sığorta haqqı ödəməklə bir sıra başqa risklərdən də sığortalana bilərlər. Belə ki, əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər.
Eləcə də əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər və bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40%-dən çox ola bilməz. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə təminat verilə bilər.

Aqrar sığortadan istifadə etmək üçün fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. EKTİS-də qeydiyyatdan keçdikdən sonra fermer müvafiq sığorta şirkətinə sığortalanmaqla bağlı müraciət edə bilər.

Qaydalara əsasən, aqrar sığortada sığorta haqqının 50%-lik hissəsi dövlət tərəfindən subsidiya edilir. Fermer sığorta haqqının yalnız yarısını, hissə hissə ödəyir.
Aqrar sığorta müqavilələri onlayn qaydada bağlanılacaq, sığorta hadisəsi baş verdiyi halda da, ödənişlə bağlı prosedurlar onlayn qaydada həyata keçiriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol