• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda növbəti sığorta şirkəti ləğv edilir

Azərbaycanda növbəti sığorta şirkəti ləğv edilir
12.08.2020 16:54
"Rəvan Sığorta” ASC sığorta fəaliyyəti ilə əlaqədar lisenziyasını ləğv edilməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edib.
Bu barədə anews.az-a şirkətdən bildirilib.

Məlumata görə, hazırda ASC-nin yığım portfelinin ötürülməsi ilə bağlı danışıqlar aparılmır. Belə ki, bu ilin yanvar-iyun aylarında "Rəvan Sığorta”nın sığorta haqları illik müqayisədə 16,5% azalaraq 1,078 mln manat, sığorta ödənişləri isə 36,6% artaraq 235 min manat təşkil edib.

Qeyd edilib ki, avqustun 10-da "Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncağın gündəliyinə "Rəvan Sığorta"nın könüllü qaydada ləğv edilməsi, lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və Gəncə filialının ləğv edilməsi məsələləri daxil idi.

Xatırlatma edilir ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol