• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobuslar fəaliyyət göstərəcək

Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobuslar fəaliyyət göstərəcək
13.08.2020 09:59
Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobusların istehsalı başlanacaq.

Anews.az bildirir ki, yeni avtobuslar özəlliyi onların günəş və külək enerji ilə hərəkət etməsidir. Avtobusun istehsalı İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.

İstehsalın təşkilatçısı olan "RD SMART" MMC şirkətinin rəhbəri Sabri Candemir bildirib ki, avtomobilin bütün detallaorı Azərbaycanda istehsal olunur. 
Şirkətin Pirallahı Texnologiyalar Parkında və Badamdarda bir neçə istehsal sahəsi var.

14 nəfərlik tutumu orlan yeni avtobuslar tamamilə elektriklə, günəş və külək enerjisi ilə işləyəcək.

Bunun üçün avtobusların damında günəş panelləri və külək enerjisi quürğusu  - külək turbini var. Avtobus hərəkət etdikdə bu turbinlər hə hərəkət edərək avtobusun işi üçün enerji hasil edəcək.

Nəticədə avtobuslar günəş və külək olduqda faktiki olaraq daimi hərəkət edə biləcəklər. Birdəfəlik tam enerji yığmaqla isə 60 kilometr gedə biləcək. Bu da şəhər və rayonların daxili üçün əlverişli göstəricidir.

Avtobusların istehsalı ilə məşğul oldan komanda bütünlüklə azərbaycanlılardan ibarətdir. Qarşıdakı 2-3 həftədə avtobusun testləri başlayacaq.  Daha sonra isə onun kütləvi istehsalına start veriləcək.

Yeni avtobus şirkətin bir qədər əvvəl istehsal etdiyi və ilk dəfə İsmayııllıda quraşdırılan ağıllı dayanacaqlar üçün nəzərdə tutulub. İlk avtobusda İsmayııllıdakı iki ağıllı dayanacaq arasında xəttə buraxılacaq.

Sözügedən şirkət indiyədək Azərbaycandakı istehsal sahələrinə 13 milyon manata yaxın yatırım edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol