• $
  • €
  • ₽
  • ₺
  • £

Sığorta eksperti olmaq istəyənlərin nəzərinə - AZƏRBAYCANDA İLK DƏFƏ

Sığorta eksperti olmaq istəyənlərin nəzərinə - AZƏRBAYCANDA İLK DƏFƏ
13.08.2020 16:03
Azərbaycanda ilk dəfə olaraq sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər xüsusi imtahan verəcəklər.

Ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi çərçivəsində bu sahədə müstəqil ekspertlər institutunun yaradılması tələb olunur. Müstəqil ekspertlər aqrar sığorta zamanı risklərin və dəyən zərərin qiymətləndirilməsi xidməti göstərəcəklər.  

Müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək.

Artıq Dövlət İmtahan Mərkəzi (DİM) namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib.

Proqramlarla 

(http://dim.gov.az/upload/iblock/c44/c448ea7aa51b5cd082690f94896cb47b.pdf) linki vasitəsilə tanış olmaq olar.

İmtahan iki mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, o cümlədən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.
İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir. İmtahanın ikinci mərhələsi təlim proqramına dair sualları əhatə edir.

İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün ümumi (maksimal) bal 120 baldır və imtahanın birinci mərhələsi üzrə 60 faiz, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın hər bir mərhələsinin davametmə müddəti 3 saatdır.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:

- Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

Namizədlər qanunvericilik aktları və digər zəruri materiallarla Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasından (http://www.e-qanun.az/) və Aqrar Sığorta Fondunun internet səhifəsindən (http://elacademy.az/) tanış ola bilərlər.

Qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq müvafiq proqramlara düzəliş və əlavələr ediləcək. Eyni zamanda, imtahanların məzmunu, keçirilməsi və bununla əlaqədar digər zəruri məlumatlar da mütəmadi olaraq DİM-in internet səhifəsində yerləşdiriləcək. İmtahan iştirakçılarına bunu nəzərə alaraq DİM-in internet səhifəsini və yuxarıda göstərilən internet səhifələrini mütəmadi olaraq izləməsi tövsiyə olunur.

İmtahanlarda iştirak etmək istəyən namizədlər "Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə yaxından tanış olmaları məqsədəuyğundur.

Xatırladılıb ki, imtahan Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş "Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir. İmtahan nəticəsində sertifikatlar Dövlət İmtahan Mərkəzi tərəfindən verilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
İqtisadiyyat 12:44
"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
İqtisadiyyat 11:53
Nazir: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
İqtisadiyyat 11:40
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:25
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
İqtisadiyyat 11:09
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İqtisadiyyat 10:53
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:47
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 09:39
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
İqtisadiyyat 09:37
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox