• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital‌ ‌Bank-da‌ ‌işləmək‌ ‌istəyənlər‌ ‌üçün‌ ‌yeni‌ ‌portal‌ ‌yaradıldı‌

Kapital‌ ‌Bank-da‌ ‌işləmək‌ ‌istəyənlər‌ ‌üçün‌ ‌yeni‌ ‌portal‌ ‌yaradıldı‌
17.08.2020 10:16
Ölkənin‌ ‌ən‌ ‌böyük‌ ‌işəgötürən‌ ‌təşkilatı‌ ‌olan‌ ‌Kapital‌ ‌Bank,‌ ‌burada‌ ‌işləmək‌ ‌arzusunda‌ ‌olanlar‌ ‌üçün‌ ‌növbəti‌ ‌yeniliyi‌ ‌təqdim‌ ‌edib.‌ ‌
 
Belə‌ ‌ki,‌ ‌müxtəlif‌ ‌vakansiyalar‌ ‌üzrə‌ ‌namizəd‌ ‌olmaq‌ ‌istəyən‌ ‌şəxslər‌ ‌‌www.hr.kapitalbank.az‌ ‌portalına‌ ‌daxil‌ ‌olmaqla,‌ ‌özlərinə‌ ‌şəxsi‌ ‌kabinet‌ ‌yarada‌ ‌bilərlər.‌ ‌

Anews.az  xəbər verir ki, effektiv‌ ‌platformanın‌ ‌yaradılması‌ ‌üçün‌ ‌bir‌ ‌sıra‌ ‌vendorlardan‌ ‌təkliflər‌ ‌alınıb‌ ‌və‌ ‌nəticədə‌ ‌"Crocusoft”‌ ‌şirkəti‌ ‌bu‌ ‌layihə‌ ‌üçün‌ ‌seçilib.‌
 
‌Portalı‌ ‌hazırlayarkən‌ ‌yüksək‌ ‌peşəkarlıq‌ ‌nümayiş‌ ‌etdirən‌ ‌şirkət,‌ ‌qarşısına‌ ‌qoyulan‌ ‌bütün‌ ‌texniki‌ ‌tapşırıqları‌ ‌operativ‌ ‌şəkildə,‌ ‌innovativ‌ ‌yanaşma‌ ‌ilə‌ ‌icra‌ ‌edib.‌ ‌
İstifadədə‌ ‌olduqca‌ ‌sadə‌ ‌olan‌ ‌portalda‌ ‌şəxsi‌ ‌kabinet‌ ‌yaradarkən‌ ‌namizədlər‌ ‌özləri‌ ‌barədə‌ ‌ətraflı‌ ‌məlumatları‌ ‌–‌ ‌ad,‌ ‌soyad,‌ ‌təvəllüd,‌ ‌ünvan,‌ ‌əlaqə‌ ‌vasitələri,‌ ‌təhsil,‌ ‌dil‌ ‌bilikləri,‌ ‌sertifikatlar‌ ‌və‌ ‌iş‌ ‌təcrübəsi‌ ‌qeyd‌ ‌etməlidirlər.‌ ‌Şəxsi‌ ‌kabinet‌ ‌hazır‌ ‌olduqdan‌ ‌sonra,‌ ‌namizədlər‌ ‌müxtəlif‌ ‌vakansiyalar‌ ‌üzrə‌ ‌Kapital‌ ‌Bank-a‌ ‌müraciət‌ ‌ünvanlaya‌ ‌bilərlər.‌
 
‌Bankda‌ ‌olan‌ ‌bütün‌ ‌mövcud‌ ‌vakansiyalar‌ ‌barədə‌ ‌portalda‌ ‌ətraflı‌ ‌məlumatlar‌ ‌qeyd‌ ‌olunub.‌ ‌ ‌

Namizəd‌ ‌müəyyən‌ ‌vakansiyanı‌ ‌seçdikdən‌ ‌sonra,‌ ‌şəxsi‌ ‌kabinetdə‌ ‌ona‌ ‌uyğun‌ ‌olan‌ ‌digər‌ ‌vakansiyalar‌ ‌da‌ ‌avtomatik‌ ‌ olaraq‌ ‌təqdim‌ ‌olunacaq.‌ ‌Bundan‌ ‌başqa‌ ‌iş‌ ‌sahələri‌ ‌üzrə‌ ‌açar‌ ‌sözlərindən‌ ‌istifadə‌ ‌etməklə‌ ‌portaldakı‌ ‌müxtəlif‌ ‌ vakansiyalar‌ ‌üzrə‌ ‌axtarışlar‌ ‌da‌ ‌vermək‌ ‌mümkündür.‌ ‌ ‌

"Bildiyiniz‌ ‌kimi‌ ‌Kapital‌ ‌Bank‌ ‌ölkə‌ ‌bankları‌ ‌arasında‌ ‌ən‌ ‌çox‌ ‌əməkdaşı‌ ‌olan‌ ‌maliyyə‌ ‌qurumudur.‌ ‌Belə‌ ‌bir‌ ‌portalı‌ ‌ yaratmaqda‌ ‌məqsəd‌ ‌həm‌ ‌yeni‌ ‌namizədlərin‌ ‌müraciət‌ ‌prosesini‌ ‌asanlaşdırmaq,‌ ‌həm‌ ‌də‌ ‌bank‌ ‌üçün‌ ‌müəyyən‌ ‌bir‌ ‌ elektron‌ ‌namizəd‌ ‌bazasının‌ ‌yaradılmasıdır.‌ ‌Pandemiya‌ ‌dönəmində‌ ‌onlayn‌ ‌platformaların‌ ‌yaradılması‌ ‌olduqca‌ ‌ önəmlidir.‌ ‌Artıq‌ ‌xeyli‌ ‌müddətdir‌ ‌ki,‌ ‌Kapital‌ ‌Bank-ın‌ ‌HR‌ ‌komandası‌ ‌namizədlərlə‌ ‌olan‌ ‌müsahibələri‌ ‌Zoom‌ ‌proqramı‌ ‌
üzərindən,‌ ‌onlayn‌ ‌formatda‌ ‌keçirir.‌ ‌Həmçinin‌ ‌bankdaxilində‌ ‌olan‌ ‌bir‌ ‌sıra‌ ‌proseslər‌ ‌də‌ ‌onlayn‌ ‌platformaya‌ ‌keçirilərək,‌ ‌ məsafədən‌ ‌istifadəyə‌ ‌şərait‌ ‌yaradıb”,‌ ‌-‌ ‌deyə,‌ ‌Kapital‌ ‌Bank-ın‌ ‌İnsan‌ ‌Resurslarının‌ ‌İdarə‌ ‌Edilməsi‌ ‌departamentinin‌ ‌ direktoru‌ ‌Fərqanə‌ ‌Məmmədova‌ ‌qeyd‌ ‌edib.‌ ‌

Qeyd‌ ‌edilib‌ ‌ki,‌ ‌yeni‌ ‌portalda‌ ‌Kapital‌ ‌Bank-da‌ ‌olan‌ ‌iş‌ ‌mühiti,‌ ‌komanda‌ ‌ruhu,‌ ‌dəyərlər,‌ ‌eyni‌ ‌zamanda‌ ‌karyera‌ ‌qurmaq‌ ‌ üçün‌ ‌məsləhətlər,‌ ‌faydalı‌ ‌məlumatlar,‌ ‌məqalələr‌ ‌yerləşdirilib.‌ ‌Əgər‌ ‌Siz‌ ‌də‌ ‌Kapital‌ ‌Bank‌ ‌ailəsinin‌ ‌üzvü‌ ‌olmaq,‌ ‌ karyeranızı‌ ‌ölkənin‌ ‌birinci‌ ‌bankında‌ ‌başlamaq‌ ‌və‌ ‌ya‌ ‌davam‌ ‌etdirmək‌ ‌istəyirsinizsə,‌ ‌‌www.hr.kapitalbank.az‌ ‌portalına‌ ‌daxil‌ ‌olub,‌ ‌qeydiyyatdan‌ ‌keçə‌ ‌bilərsiniz.‌ ‌

Azərbaycanda‌ ‌ən‌ ‌böyük‌ ‌filial‌ ‌şəbəkəsinə‌ ‌malik‌ ‌olan‌ ‌Kapital‌ ‌Bank,‌ ‌102‌ ‌filialı‌ ‌və‌ ‌17‌ ‌şöbəsi‌ ‌ilə‌ ‌müştərilərin‌ ‌xidmətindədir.‌ ‌Bankın‌ ‌məhsul‌ ‌və‌ ‌xidmətləri‌ ‌barədə‌ ‌daha‌ ‌ətraflı‌ ‌məlumat‌ ‌almaq‌ ‌üçün‌ ‌‌www.kapitalbank.az‌ ‌saytına,‌ ‌196‌ ‌ Sorğu‌ ‌Mərkəzinə‌ ‌və‌ ‌ya‌ ‌Bankın‌ ‌müxtəlif‌ ‌sosial‌ ‌şəbəkələrdə‌ ‌olan‌ ‌səhifələrinə‌ ‌müraciət‌ ‌edə‌ ‌bilərsiniz.‌ 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol