• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!

Ölkəmizdə bir ilk: indi fiziki şəxslər də məsafədən bank hesabı aça bilər!
18.08.2020 11:02
Müştərilərin vaxtına dəyər verən Azərbaycan Beynəlxalq Bankı onlar üçün məsafədən xidmət imkanlarını genişləndirməkdədir. Fərdi müştərilər indi banka gəlmədən özlərinə məsafədən hesab aça bilərlər. Fiziki şəxslər üçün bu imkanı ölkəmizdə ilk dəfə məhz Azərbaycan Beynəlxalq Bankı yaradıb.

Hesabın açılması prosesi https://openaccount.ibar.az səhifəsi üzərindən həyata keçirilir. Məsafədən hesabın açılması üçün fiziki şəxslər ilk növbədə "ASAN İmza”-ya sahib olmalıdırlar. Müştəri "ASAN İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim edir. Sonra özü videogörüş vaxtı müəyyənləşdirir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir. Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər. Yeni açılmış hesab dərhal bankın mobil tətbiqində görünür və müştəri filiala getmədən mobil telefonu vasitəsilə bu hesab üzərindən bank əməliyyatları aparmaq imkanına malik olur. 

Bankda hesabın olması müasir dövrdə əksəriyyət üçün bir zərurətdir. Hüquqi şəxslər, sahibkarlıq subyektləri ilə yanaşı, fiziki şəxslər də özlərinə hesab açdıraraq müxtəlif bank əməliyyatlarını hesablar üzərindən nağdsız qaydada apara bilərlər. Bank hesabının açılması indiyə qədər müəyyən zaman tələb edən proses idi. Hesabın məsafədən açılması imkanı isə müştərinin əlavə vaxt sərf edərək banka gəlmək, növbədə gözləmək ehtiyacını  aradan qaldırır.

Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Bu, Azərbaycan Beynəlxalq Bankının pərakəndə bankçılıq sektorunda tətbiq etdiyi daha bir innovativ ilkdir. Artıq hesab açmaqdan ötrü bankın xidmət ofislərinə gəlməyə ehtiyac yoxdur. Bunu hər kəs onlayn kanallar vasitəsilə çox rahat bir şəkildə həyata keçirə bilər. Məsafədən hesab açmaq fiziki şəxs müştərilərin işini asanlaşdıracaq, onlar üçün yeni və faydalı təcrübələr yaradacaq”.

Azərbaycan Beynəlxalq Bankının fiziki şəxslər üçün təqdim etdiyi digər onlayn xidmət imkanlarından faydalanmaq üçün bankın mobil tətbiqini Google Play və            App Storedən yükləmək olar.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol