• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı, ABAD və AKİA-dan aqrar sektora birgə dəstək

Azərbaycan  Beynəlxalq Bankı, ABAD və AKİA-dan  aqrar sektora birgə dəstək
09.09.2020 11:58
Azərbaycan  Beynəlxalq Bankı, "ABAD” publik hüquqi şəxs və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında Niyyət Protokolu imzalanıb. Protokol sahibkarlığın inkişafının dəstəklənməsi üzrə birgə əməkdaşlığı nəzərdə tutur. Bu çərçivədə sahibkarlıq subyektlərinə öz investisiya layihələrini reallaşdırmaqdan ötrü üçtərəfli kömək göstəriləcək.

Belə ki, Azərbaycan Beynəlxalq Bankı üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli kreditlər verəcək. Bu prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün "Sahibkarlar Klubu” xətti ilə müxtəlif imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və s.) faydalanmaq imkanı da yaradacaq.

Aqrar Kredit və İnkişaf Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq.

ABAD isə aqrar məhsulların qablaşdırılması və satışının təşkili işlərində sahibkarlara kömək edəcək. Həmçinin istehsal və marketinq sahələrində yeni təcrübələrin əldə olunmasına şərait yaradacaq.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev deyib: "Üç tərəfdaş arasında imzalanan bu sənəddə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması aqrar sahədə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə kömək göstərəcək. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində dayanıqlı və davamlı inkişaf yönümlü müştərək layihələr yerinə yetiriləcək, birgə məhsullar hazırlanacaq”.

ABAD-ın direktoru Rüfət Elçiyev bildirib: "Sahibkarlar və kənd təsərrüfatı məhsullarının istehsalçıları bu əməkdaşlıq çərçivəsində yaradılan imkanlar hesabına yerli və beynəlxalq təşkilatların proqramlarından faydalana biləcəklər. Onlara ekspert dəstəyi göstəriləcək. Təcrübə mübadiləsi aparmalarına şərait yaradılacaq”.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, aqrar sektorun inkişafının dəstəklənməsi Bankın fəaliyyət strategiyasında xüsusi yer tutur: "Son illər biznes layihələrinin reallaşdırılmasına fəal şəkildə kömək göstərdiyimiz kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən bir qisminin fəaliyyəti məhz aqrar sektora aiddir. Belə bir niyyət protokolu çərçivəsində tərəfdaşlarımızla imkanları birləşdirmiş oluruq. Bu da aqrar sahədə çalışan iş adamları üçün daha da faydalı olmağımıza imkan verəcək”.

Yaxın gələcəkdə üç təşkilatın iştirakı ilə birgə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur.
 
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol