• $
  • €
  • ₽
  • ₺
  • £

Çindən daha bir yük qatarı Azərbaycana yola salınıb

Çindən daha bir yük qatarı Azərbaycana yola salınıb
11.09.2020 20:00
Daha bir Çin – Avropa yük qatarı dünən ölkənin şərqindəki Jecianq əyalətinin Tzinhua şəhərindən Bakıya doğru yola düşüb.
Anews.az"Xinhua”ya istinadən xəbər verir ki, qatara vurulan 100 TEU (20 futa bərabər yük vahdi) yüklər arasında elektrik cihazlar, metal məmulatlar və ev əşyaları var. Qatarın 15-18 gün ərzində Bakıya çatacağı güman edilir ki, bu da əvvəlki həm quru, həm də dəniz nəqliyyatı ilə daşıma müddətin üçdə ikisi qədərdir.

Bütövlükdə 12 Çin – Avropa marşrutunun keçdiyi Tzinghua stansiyasından indiyədək Çin – Avropa istiqamətli 210 yük qatarı ilə 17 286 TEU müxtəlif yüklər yola salınıb.
2019-cu ilin noyabr ayının 25-də Bakı Limanı, Avstriyanın "ÖBB Rail Cargo Group”u (Avstriya Federal Dəmir yollarının logistika üzrə törəmə şirkəti) və Niderlandın "Cabooter Group”u ilə Avropadan Orta Asiyaya və Çinə yük daşımalarının gücləndirilməsi və genişləndirilməsi məqsədi ilə saziş imzalayıblar. Saziş Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Orta Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsini ehtiva edir.

Avropada bir çox filialı, 8500 nəfər işçi qüvvəsi və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan "ÖBB Rail Cargo Group” Avropanın aparıcı dəmir yolu logistika şirkətlərindən biridir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol