• $
  • €
  • ₽
  • ₺
  • £

Neftin qiyməti yenidən azalır

Neftin qiyməti yenidən azalır
21.09.2020 13:30
OPEC+ ölkələrinin hasilatı əvvəlki razılaşmalara tam uyğun olaraq azaltmaq öhdəliyini təsdiqləməsi fonunda neft qiymətləri keçən həftə iyun ayından bəri ən yüksək sıçrayışı etdikdən sonra bazar ertəsi yenidən azalmağa başlayıb.

Anews.az xəbər verir ki, bu barədə "İnterfaks” məlumat verir.

"AxiCorp”un ekspertlərinin bildirdiyinə görə, bazar dünyada COVID-19 xəstəliyi ilə əlaqədar vəziyyəti izləməyə davam edir, çünki qlobal iqtisadi aktivliyin bərpa sürətinə həssas olaraq qalır.

Londonun "ICE Futures” birjasında "Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti səhər saat 09:10-a olan məlumata görə, 43,09 ABŞ dolları/barel təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,06ABŞ dolları (0,14%) azdır. Cümə günü baş tutan söbdələşmələrin yekununda bu müqavilələr 0,15 ABŞ dolları (0,4%) azalaraq bir barel üçün 43,15 ABŞ dollar təşkil etmişdi.

Nyu York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin oktyabr ayı üçün olan fyuçerslərinin qiyməti bu ana qədər 41,04 ABŞ dolları/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın səviyyəsindən 0,07 ABŞ dolları (0,17%) çoxdur. Cümə günü fyuçerslər 0,14 ABŞ dolları (0,3%) artaraq bir barel üçün 41,11 ABŞ dolları təşkil edib.

Ötən həftə ərzində "Brent” 8,3%, WTI isə 10,1% bahalaşıb. OPEC+ Monitorinq Nazirlər Komitəsinin (JMMC) keçən həftə keçirilən iclasından sonar istehsal həcmlərinin azaldılması üzrə sazişin yerinə yetirilməyən hissəsinin kompensasiya edilməsi müddətinin 2020-ci ilin sonuna qədər uzadıldığı açıqlanıb.
Səudiyyə Ərəbistanının Energetika Naziri Şahzadə Əbdüləziz bin Salman sentyabr-dekabr aylarında OPEC+ həcmlərinin azaldılmamış 2,4 milyon barel/gün hissəsinin kompensasiya ediləcəyinə əminliyini bildirib. "Əlavə ixtisarlar edilərsə, çoxlarının qorxduğu neft bazarında təklif artıqlığı olmayacaq və ehtiyatlar əhəmiyyətli dərəcədə azalacaq”, - "Commerzbank”ın analitiki Yucin Vaynberq qeyd edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol