• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni rayon yaradılır: Biznes rayonu

Bakıda yeni rayon yaradılır: Biznes rayonu
25.06.2014 11:06

“Məxsusi Bakı”nın Baş planı üzrə əsas prinsipial təkliflərdən biri də paytaxtın mərkəzi hissəsində Mərkəzi Biznes rayonunun yaradılmasıdır.

ANS PRESS-in məlumatına görə, bu fikri “Böyük Bakının Regional İnkişaf Planı” (sxemi) layihəsinin koordinatoru olan Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

O, bildirib ki, Sabunçu və Binəqədi rayonlarının ərazisində 2 alternativ alt-mərkəzlərin təşkili, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhlizin –yaşıl zolağın yaradılması da bu təkliflər sırasındadır.

İ.İsbatov rəhbərlik etdiyi qurum tərəfindən irəli sürülən digər təkliflər barədə də açıqlama verib. Belə ki, Dənizkənarı Milli Park dənizə doğru 70-100 metr genişləndirilməli və Şıx çimərliyindən Zığ qəsəbəsinin ərazisinədək uzadılaraq müvafiq sahilbərkitmə işləri görülməlidir.

Eyni zamanda şəhərin mərkəzi hissəsindəki tarixi abidələrin mühafizə edilməsi məqsədilə Şəhər Mühafizə Zonası yaradılmalıdır. Bibiheybət qəsəbəsi isə müasir zona kimi inkişaf etdirilməlidir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol