• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanmış bankların 24 minə yaxın əmanətçisinə kompensasiya ödənildi

Bağlanmış bankların 24 minə yaxın əmanətçisinə kompensasiya ödənildi
28.11.2020 10:08
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu "Atabank”, "Amrah Bank”, "AGBank” və "NBC Bank” ASC-lərin 23,9 min qorunan əmanətçisinə 597,558 milyon manat kompensasiya ödəyib.

Anews.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "Atabank”ın 9,6 min əmanətçisi 234 milyon manat, "Amrah Bank”ın 5,7 min əmanətçisi 138 milyon manat, "AGBank”ın 4,5 min əmanətçisi 105,4 milyon manat, "NBC Bank”ın isə 4,1 min əmanətçisi 225,5 milyon manat kompensasiya alıb.

"Atabank” və "Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

"AGBank” və "NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol