• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından ödənişsiz xidmətlər

Azərbaycan Beynəlxalq Bankından ödənişsiz xidmətlər
28.12.2020 16:37
Azərbaycan Beynəlxalq Bankından ödənişsiz xidmətlər


Bank xidmətlərinin hər kəs üçün əlçatan olmasından ötrü Azərbaycan Beynəlxalq
Bankı daha bir addım atıb. Bank ödənişsiz "Baza bank xidmətləri paketi”ni istifadəyə
verib. Bu, aşağı gəlirli əhali qrupları üçün düşünülmüş universal xidmətlər paketidir. Belə
bir tədbir "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin
genişləndirilməsi üzrə Dövlət Proqramı”nda da nəzərdə tutulub. Burada əsas məqsəd
ölkəmizdə elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsi, bütün
vətəndaşların bu imkanlardan faydalana bilməsidir.

"Baza bank xidmətləri paketi” aşağı gəlirli əhali qrupuna Azərbaycan Beynəlxalq
Bankının əksər xidmətlərindən ödənişsiz, bir çox xidmətlərindən isə güzəştli şərtlərlə
istifadə imkanı verir. Belə ki, müştərilər milli valyutada cari hesabı ödənişsiz açdıra, cari
hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet kartını da ödənişsiz
ala bilərlər.

Müştərilərin bankın IBA Mobile və İnternet Bank xidmətinə qoşulması, ay ərzində
cari hesaba yaşayış minimumu həcmində vəsaitin mədaxil edilməsi, ay ərzində bankın
ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının
aparılması da ödənişsizdir. Bundan başqa, SMS məlumatlandırma sisteminə qoşulma, cari
hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi, ay ərzində cari
hesab vasitəsilə yaşayış minimumu həcmində ölkədaxili köçürmə əməliyyatının
aparılması üçün də müştəridən heç bir ödəniş tələb olunmur.

Qeyd edək ki, maliyyə xidmətlərinə çıxış imkanı olmayan və ya aşağı səviyyədə
olan, habelə belə bir imkanı olsa da, xidmətlərin cəlbedici olmaması səbəbindən onlardan
istifadə etməyən əhali qrupu üçün bu cür "Baza bank xidmətləri paketi”nin tətbiqi
beynəlxalq təcrübədə də geniş yayılıb. Azərbaycan Beynəlxalq Bankının atdığı bu addım
ölkəmizdə maliyyə inklüzivliyinin gücləndirilməsinə daha bir dəstək olacaq.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı
məhsul və xidmətləri barədə məlumatları bankın 39 filial və 37 şöbəsindən, www.ibar.az
internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol