• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə eTicarət nəhənglərindən Bakıda super təlim - FOTOLAR

Türkiyə eTicarət nəhənglərindən Bakıda super təlim - FOTOLAR
11.06.2014 16:06
 “Azərbaycan bazarına bu gün girən qazanacaq”Bir neçə gün əvvəl Qafqaz Universitetində "eTicarət Master Class" adlı tədbir baş tutub. Türkiyənin aparıcı elektron ticarət platformaları və bank ödəmə sistemləri sahiblərinin çıxış etdikləri tədbirə Azərbaycanın aparıcı şirkət nümayəndələri də qatılıb. Xatırladaq ki, “eTicarət Master Class” Central Business School (CBS) layihəsi nəzdində, Digitera şirkəti tərəfindən təşkil olunub. Azərbaycan Respublikasının prezidentinin son illərdə informasiya və texnologiyalar sektoruna verdiyi dəstək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet layihələrlərin inkişafına göstərdiyi köməyin sayəsində ölkədə İKT sektorunda ciddi bir inkişaf göz önündədir. Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun kiçik və orta sahibkarlığa və eTicarətə dəstəyi sayəsində bu sektor sürətlə inkişaf edir. Tədbirdə Sahibinden.com, Markafoni.com, Doğan Online, Google Türkiyə, Garanti Bankası, Evmanya.com, Akakce.com, KobiMaster kimi iri ticarət platformalarının mütəxəssisləri, ölkəmizdə bu sahədə çalışan və karyera qurmaq istəyənlərlə təcrübə və biliklərini bölüşüblər. Bir çox çıxışçılar Azərbaycan bazarının eTicarət üçün çox önəmli olduğunu, yerli eTicarət saytlarından shopera.az haqqında müsbət fikirlər söyləyiblər. Shopera.az-ın çox qısa zamanda Türkiyədə belə tanınacağını əminliklə qeyd ediblər. Garanti Bankası-nın meneceri Azərbaycanda eTicarət və tədbirlə əlaqədar öz facebook səhifəsində “Azərbaycan bazarına bu gün girən qazanacaqdır” deyə paylaşım edib.Tədbirdə Azərbaycandan Rəşad Camal (shopera.az) və Elşad Yusifli (“Retargeting” by spot.az) çıxış ediblər. Azərbaycanın ən böyük elektron ticarət saytlarından hesab olunan Shopera.az saytının rəhbəri və tədbirin təşkilatçısı Rəşad Camal çıxışında və tədbir sonrası müsahibəsində ölkəmizdə bu sahəyə olan maraqdan, eTicarətin hər gün daha artıq inkişafından danışıb.Peşakarların çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb və çox sayda suallarla müşahidə olunub. Tədbir sonrası qonaqlar tədbirdən çox məmnun qaldıqlarını bildiriblər. Xatırladaq ki, “eTicarət Master Class” tədbirinin sponsorları Shopera.az, MSN Tour, QUTechnopark, media dəstək isə Apa Holdingə məxsus idi.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol