• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank və Mastercard daha bir ilkə imza atdı

Unibank və Mastercard daha bir ilkə imza atdı
11.03.2021 16:22
Ödənişlərinizi o saat etmək istəyirsiniz? O zaman bilin ki, o saat bu saatdır. Unibank və Mastercard Azərbaycanda ilk dəfə olaraq, Mastercard kartları ilə Garmin saatlarından təmassız ödəniş imkanlarını təqdim edir. Bunun üçün sadəcə mobil telefonunuzda Garmin saatınıza məxsus tətbiqə daxil olursunuz, Unibank Mastercard kartınızı daxil edərək, saatınızı təmassız ödənişlərə hazır edirsiniz. Prosesin ardıcıllığını bu videodan öyrənə bilərsinz.
 
https://youtu.be/lQZErF7ImxI

"İnnovativ texnologiyaları Azərbaycana gətirməkdən və Nağdsız Azərbaycan adını əsl reallığa çevirməkdən qürur duyuruq. Bütün bu layihələr əlbəttə ki, bizim müştərilərimizə daha çox rahatlıq gətirir və eyni zamanda elektron ödənişlərin həcmini artıraraq iqtisadiyyatı inkişaf etdirir. Bu cür layihələri hazırlamaqla vədimizə sadiq qalmağa davam edirik.” - deyə Mastercard-ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bildirib ki, Unibank davamlı olaraq ölkədə nağdsız ödənişlərin artırılmasına öz töhfəsini verir: "Məhsul və xidmətlərimizin rəqəmsallaşması yaxın illər üçün "Unibank”ın əsas prioritetlərindən biridir. Çox sevindiricidir ki, bazarda öz rəqəmsal xidmətlərimizin çoxluğuna görə seçilirik. Unibank olaraq bu sahədə bir çox ilklərə imza atmışıq. Uzunmüddətli partnyorumuz olan Mastercard-la birgə müştərilərə təqdim etdiyimiz Garmin saatları ilə təmassız ödəniş, bu ilklərdən biridir. Bu yaxınlarda bank kartlarına xidmətin "Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsində əsas məqsədimiz də elə Bankımızın kart istifadəçilərinə daha çox imkanlar və yeniliklər qazandırmaq idi. Unibank müştərilərini nağdsız ödənişlər sahəsində bir çox yeni xidmətlər gözləyir”.

Qeyd edək ki, Unibank bu günlərdə "Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub. 
Unibank- hər kəsin bankı!


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol