• $
  • €
  • ₽
  • ₺
  • £

“Shell” direktorlar şurasının yeni sədrini təyin edib

“Shell” direktorlar şurasının yeni sədrini təyin edib
11.03.2021 17:16
"Royal Dutch Shell” "BHP Group”un keçmiş baş direktoru, BP-də 22 il yüksək rəhbər vəzifələrdə çalışmış Endryu Makkenzini direktorlar şurasının növbəti sədri elan edib.

Bu barədə xəbəri "Reuters” verib. İngiltərə-Hollandiya şirkətinə neft və qazdan az karbonlu energetikaya keçiddə kömək etməlidir.

Makkenzi altı ildir direktorlar şurasının sədri vəzifəsini icra edən və mayın 18-də istefa edəcək Çarlz Hollideyi əvəz edəcək.

Makkenzi keçən il "BHP Group” dağ-mədən şirkətinin baş direktoru vəzifəsindən ayrılaraq oktyabrda "Shell”in idarə heyətinə qatılıb. Bundan əvvəl isə o, BP-də 22 illik karyerası ərzində neft və qaz kəşfiyyatı, tədqiqat və hazırlama, eləcə də kimya sənayesində rəhbər vəzifələrdə çalışıb.

Yeni təyinat II Dünya Müharibəsindən sonra ilk dəfə dividendlərin 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən azalmasının ardından baş verib.

Xatırladaq ki, fevralda "Royal Dutch Shell” neft hasilatında pik nöqtəyə çatdığını elan etmişdi. 2020-ci ilin dördüncü rübünü "Royal Dutch Shell” 4,01 milyard ABŞ dolları həcmində zərərlə başa vurub. Halbuki ötən ilin analoji dövründə şirkət 965 milyon ABŞ dolları mənfəət əldə etmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol