• $
  • €
  • ₽
  • ₺
  • £

TAP-ın ilkin yoxlamalarına başlanılacaq

TAP-ın ilkin yoxlamalarına başlanılacaq
11.03.2021 17:47
"NDT Global” şirkəti Trans Adriatik Boru Kəməri üzrə ilkin yoxlanışların həyata keçirilməsi üçün TAP konsorsiumu ilə müqavilə imzalayıb.

Ultrasəs yoxlamalar və akustik rezonans texnologiyalarının aparıcı tədarükçüsü olan şirkət uzunluğu 878 kilometr olan irihəcmli qaz kəməri sisteminin tədqiqi üzrə dağlıq ərazilərdə, yüksək hündürlüklərdə və mürəkkəb sualtı dərinliklərdə yoxlamaları həyata keçirəcək.

Şirkət yoxlanışları ART Scan texnologiyaları vasitəsilə icra edəcəyi və bu texnologiyaların boru xəttinin davam etdiyi çətin relyeflərdə araşdırma qabiliyyətlərinə malik olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin noyabr ayında kommersiya fəaliyyətinə başlamağa hazır vəziyyətinə gətirilən Trans Adriatik Boru Kəməri (TAP) ilə 2020-ci il dekabrın 31-də kommersiya məqsədli Azərbaycan qazının Avropaya tədarükünə start verildi.

Layihənin başa gəlməsində Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya yaxından iştirak ediblər. Artıq 2021-ci ilin ilk günlərindən etibarən İtaliya, Yunastan və Bolqarıstan kommersiya məqsədli Azərbaycan qazını əldə ediblər.

TAP vasitəsilə Şahdəniz yatağından hasil edilən təbii qaz Yunanıstan ve Albaniya ərazilərindən, həmçinin, Adriatik dənizindən keçərək İtaliyanın cənubuna nəql edilir. Bununla da Bolqarıstan qaz tələbatının 30 faiz, Yunanistan qaz tələbatının 20 faiz və İtaliyanın qaza olan tələbatının təxminən 10 faiz təmin ediləcək.
Qeyd edək ki, TAP-da SOCAR-la yanaşı, BP 20 faiz, Snam S.p.A 20 faiz, Fluxys 19 faiz, Enagas 16 faiz və Axpo 5 faiz paya sahibdirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol