• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər

Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
22.04.2021 09:58
Kiçik və orta sahibkarların fəaliyyətinə ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı onların işini asanlaşdırmaq və bank xərclərini azaltmaq üçün xüsusi xidmət paketləri hazırlayıb. Bura fərdi sahibkarların və hüquqi şəxslərin tez-tez istifadə etdikləri bir çox kompleks bank xidmətləri daxildir. Hər bir iş adamı bank xidmətləri ilə bağlı mütəmadi ehtiyaclarının yüksək səviyyədə və daha sərfəli şəkildə təmin olunması üçün bu imkandan geniş faydalana bilər. 
 
Təqdim edilən xidmətlərin bir çoxu ödənişsizdir. Belə ki, müəyyən dövr ərzində davamlı qaydada Azərbaycan Beynəlxalq Bankında müxtəlif növ əməliyyatlar həyata keçirən müştərilər bu xidmət paketlərini əldə etməklə hesabdan nağd vəsaitin verilməsi, ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı layihəsi çərçivəsində kartların sifarişi və kartlara vəsaitin köçürülməsi, bir sıra korporativ və biznes kartlarının sifarişi, POS-terminallar üçün aylıq xidmət haqqı və bu kimi digər xidmətlərdən tamamilə pulsuz istifadə edə bilərlər. Digər xidmətlərdən isə güzəştli şərtlərlə faydalanmaq olar. 

Xidmət paketləri müştərilərə bankda həyata keçirdikləri əməliyyatların ümumi dövriyyəsi, illik nağdlaşdırma məbləği, ölkədən kənara illik köçürmə sayı, ölkədən kənar köçürmə məbləği və s. bu kimi göstəricilər əsasında təqdim olunur. Bunu nəzərə alaraq xidmət paketlərinin 5 növü müəyyənləşib: "Standart”, "Standart+”, "İmtiyazlı”, "Premium” və "Premium+”. Bank xidmətlərindən daha sərfəli qaydada yararlanmaq istəyən hər bir fərdi sahibkar və hüquqi şəxs xidmət paketlərinin uyğun növünü əldə etmək, eləcə də ətraflı məlumat almaq üçün Bankın saytına daxil ola, yaxud filiallarımıza müraciət edə bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın  filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol