• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır

Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır
03.05.2021 09:46
Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq "Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutacaq. Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradacaq toplantı http://qadinfest.az/ platforması üzərindən həyata keçiriləcək. 

İlk Onlayn Qadın Festivalında xanımları maraqlandıracaq çoxşaxəli mövzular müzakirəyə çıxarılacaq. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutacaq. Eyni zamanda, yoqa, fitness, pilates, rəsm, mətbəx və s. sahələrində master-klasslar təşkil olunacaq. Yerli və beynəlxalq spikerlərin çıxış edəcəyi festivalda özünü inkişaf, qadınların hüquqlarının qorunması, sosial və digər məsələlər də gündəmdə olacaq.  Festivalın hər günü isə tanınmış və sevilən ifaçıların çıxışı ilə başa çatacaq. 

Azercell bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək.  Festival boyunca http://qadinfest.az/ saytının ana səhifəsinə Azercell-in brendi ilə onlayn köşk yerləşdiriləcək  və buradan birbaşa mobil operatorun saytına keçid etmək mümkün olacaq. 

Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualların hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan "Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə iPhone SE smartfonunu hədiyyə edəcək. 

İlk onlayn qadın festivalına qoşulmaq üçün http://qadinfest.az/ saytında qeydiyyatdan keçmək lazımdır. Tədbirlə əlaqədar xəbərləri festivalın Facebook   https://www.facebook.com/events/197724505153756  və İnstaqramdakı  https://www.instagram.com/qadin_fest/ səhifəsindən izləmək olar. Festivalda iştirak ödənişsizdir.  



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol