• $
  • €
  • ₽
  • ₺
  • £

BP Azərbaycanda potensialın artırılmasına dəstəyini davam etdirir

BP Azərbaycanda potensialın artırılmasına dəstəyini davam etdirir
25.05.2021 15:35
"BP-Azərbaycan" öz tərəfdaşları ilə birlikdə 2011-ci ildə əsasını qoyduğu və səkkiz il uğurlu fəaliyətdən sonra 2018-ci ildə davamlı və müstəqil idarə olunması üçün Bakı Ali Neft Məktəbinə təhvil verdiyi Layihə İdarəetmə Məktəbinə (LİM) dəstək verməyə davam edir.


Bu barədə Anews.az-a "BP-Azerbaijan” şirkətindən məlumat verilib.


Məlumata görə, bu dəstəyin və ölkədə yerli imkanların və ümumi potensialın artırılmasına yönəlmiş öhdəliyinin tərkib hissəsi kimi "BP-Azərbaycan" hazırda 2021-ci il LİM proqramında 20 nəfərin iştirakını maliyyələşdirir. Hər qurumdan 10 nəfər olmaqla, bu iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İcbari Tibbi SIğorta üzrə Dövlət Agentliyinin nümayəndələridir.


BP-nin bu dəstəyinin ümumi məbləği 170 min manatdır.


Qeyd edək ki, LİM layihəsi yerli menecerlərin müfəssəl beynəlxalq layihə idarəetmə proqramından istifadəsini təmin etmək məqsədi ilə xüsusi olaraq tərtib edilib. Ümumilikdə yeddi moduldan ibarət olan LİM proqramını tam bitirənlər ABŞ-ın Dyuk Universitetinin qlobal miqyasda tanınan "Layihə İdarəetmə üzrə Peşəkar Sertifikat”ını (" Professional Certificate in Project Management") əldə edir və DCPM ("Duke Certified Project Managers”) dərəcəsini qazanırlar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol