• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və ABŞ ikiqat vergitutmanı ləğv edir

Azərbaycan və ABŞ ikiqat vergitutmanı ləğv edir
26.05.2014 14:23
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) yaxın gələcəkdə ikiqat vergitutmadan yayınma haqqında saziş imzalamaq niyyətindədirlər.“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, digərləri ilə yanaşı, bu sənəd nazirliyə ABŞ-da gəlir əldə edən və vergidən yayınan azərbaycanlı rezidentlərlə fəal mübarizə aparmağa, yəni əvvəllər ABŞ-ın Daxili Gəlirlər İdarəsi ilə əldə olunan IRS sazişini təcrübədə reallaşdırmağa imkan verəcək. S. Ələkbərov bildirib ki, Azərbaycan hökuməti tərəfindən vergilər nazirinin müavini Natiq Əmirovun başçılığı ilə bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb: “ABŞ tərəfinin qaldırdığı məsələyə hökumətin adekvat reaksiyası qısa müddət ərzində bütün lazımi razılaşmalara nail olmağa imkan verir. Avropanın bir çox ölkələrində, o cümlədən ABŞ-da vergi məsələlərinə çox ciddi yanaşırlar. Bu ölkələrdə vergitutmadan və vergidən yayınma ağır cinayət sayılır. ABŞ öz vətəndaşları üçün vergidən yayınma, yaxud güzəştə getmək kimi halların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu baxımdan da bu ölkədə çox ciddi tədbirlərin həyata keçirilməsi planlaşdırılır”. Nazir müavini deyib ki, bu gün rəsmi Vaşinqton bütün ölkələrdən, rezidentləri və başqa ölkələrdə gəlir əldə edən vətəndaşları ilə bağlı bütün məlumatların dərhal ötürülməsini tələb edir: “Ağ Ev bu kimi addımlarla həmin vətəndaşların yaşadıqları ölkələrdə vergidən yayınmaq cəhdlərinin qarşısını almağa çalışır. Bu, kifayət qədər ağır bir məsələ olduğundan, Azərbaycan hökuməti buna ciddi yanaşır”. S. Ələkbərov qeyd edib ki, hətta hökumət rəhbərliyinin tapşırığı ilə bununla bağlı xüsusi komissiya yaradılıb: “Bu komissiya rəsmi Vaşinqtonla bu mələsə ilə bağlı razılıq əldə edib. Bu razılaşmaya görə, Azərbaycan tərəfdən bununla bağlı heç bir məhdudiyyət olmayacaq və tələb olunan bütün materiallar vaxtında onlara veriləcək”. Nazir müavini deyib ki, bu yaxınlaradək ölkə qanunvericiliyi belə məlumatların verilməsini qadağan edirdi. Lakin ötən il yanvarın 1-dən Vergi Məcəlləsi və digər qanunvericilik aktlarına bu qadağanı aradan qaldıran düzəlişlər edilib. Azərbaycana məlumatların ötürülməsinə gəldikdə, bunun üçün hazırda bizim ABŞ-la malik olmadığımız ikiqat vergitutmadan yayınmaq haqqında saziş imzalanmalıdır". O əlavə edib ki, Strasburq Konvensiyasına düzəlişləri imzalamaqla Azərbaycan bütün ölkələrlə belə sazişlərin imzalanması imkanı əldə edib. Qeyd edək ki, keçən həftə nazirlik IRS-lə amerikalı rezidentlərinin xarici hesablarına vergi qoyulması haqqında FATCA qanunu üzrə razılaşmaya nail olunduğunu elan edib. 2010-cu ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş sənəd iyul ayının 1-dən dünyanın bütün ölkələrinin banklarının üzərinə belə hesablar haqqında IRS-ə məlumat verməyi öhdəlik qoyur. Əks təqdirdə onlara sanksiyalar tətbiq ediləcək. Öz banklarındakı amerikalıların hesabları haqqında məlumatların ötürülməsindən imtina edən ölkələrin üzləşəcəkləri sanksiyalar bu il iyulun 1-dən qüvvəyə minir. Azərbaycan IRS-in əməkdaş ölkələr siyahısına daxil edilib və bunun sayəsində Amerikanın vergi orqanı sistemində yerli maliyyə institutlarının qeydiyyatının ən son tarixi bu il dekabrın 31-dək uzadılıb. FATCA üzrə hökumətlərarası sazişin yekun mətni, bütün zəruri dövlətlərarası prosedurların tamamlanması və bilavasitə imzalanma bu ilin sonunadək baş tutacaq. Belə ki, diplomatik kanallarla razılaşdırılmış informasiya mübadiləsi haqqında qanun layihəsi təklif olunan modellərdən ən sərfəlisini əks etdirir. Həmin modelə görə, iki ölkənin səlahiyyətli orqanları öz rezidentlərinin hesabları haqqında qarşılıqlı məlumat mübadiləsi edəcəklər.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol