• $
  • €
  • ₽
  • ₺
  • £

“Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatdı

“Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatdı
23.05.2014 15:08
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinə seçim başa çatdı. Bu seçimdən müvəffəqiyyətlə keçən 32 nəfər uşaq (Bakı-10 nəfər, Gəncə-9 nəfər, Qax-3 nəfər, Sumqayıt-7 nəfər, Tovuz-3 nəfər) "Mançester Yunayted" Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək Bakı Peşəkar Futbol Klubunun bazasında keçiriləcək təlimlərdə iştirak edəcək. Yay futbol məktəbində yüksək nəticələr nümayiş etdirən 5 uşaq isə Mançesterə səfərə yollanacaq.Seçim AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə həyata keçirilib. Seçim zamanı daha çox uşaqların texniki xüsusiyyətlərinə diqqət yetirilib.Keçən il Mançesterdə təlim keçmiş Əliyev Xəyal, Məhərrəmli Samir və Abdurrahmanov Zeynəddin bu il də seçim turlarında yüksək nəticələr nümayiş etdirərək qalib olublar.Futbol məktəbinin əsas məqsədi Azərbaycanın bölgələrində yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol