• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iyulda gündəlik 606 min barrel xam neft hasil edib

Azərbaycan iyulda gündəlik 606 min barrel xam neft hasil edib
13.08.2021 13:06
Bu ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barrel olub.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, bunun 606 min barrelini xam neft, 111 min barrelini isə kondensat təşkil edib.

"OPEC plus” ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barrel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barrel artırılmaqla 620 min barrel həcminə çatdırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, avqustun 1-dən etibarən isə "OPEC plus” ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi” qüvvədədir. Yeni razılaşmaya görə avqustdan başlayaraq "OPEC plus” ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barrel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol