• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN-dan onlayn yenilik

ASAN-dan onlayn yenilik
22.05.2014 15:45
Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin www.asan.gov.az internet səhifəsində mərkəzlərin növbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb.“ASAN xidmət” mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, “Növbə göstəriciləri” funksional bölməsində “ASAN xidmət” mərkəzləri üzrə gün ərzində müvafiq müddət çərçivəsində xidmət göstərilən və növbədə gözləyən şəxslərin sayı, həmçinin xidmət üzrə orta gözləmə vaxtı da əks olunur. Bundan başqa, istifadəçilər növbə götürmüş və xidmət göstərilməsi üçün nəzərdə tutulan növbəti müraciətlərin sayını da izləmək imkanı əldə edirlər.www.asan.gov.az internet səhifəsinin istifadəçiləri “Növbə göstəriciləri” funksional bölməsindəki “ASAN xidmət” mərkəzləri hissəsini seçməklə aidiyyəti xidmətlər üzrə müvafiq mərkəzlərdəki xidmət göstərilmiş və göstərilməsi nəzərdə tutulan növbədə gözləyən şəxslərin sayı ilə də yaxından tanış ola bilərlər.Bu bölmə vasitəsilə xidmətlərimizdən faydalanmaq istəyən şəxslər zamanlarının daha səmərəliliyini təmin etmiş olarlar. Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılandan sonra bu yenilik olduqca faydalıdır. Belə ki, vətəndaşlar indi daha az növbənin olduğu “ASAN xidmət” mərkəzini seçərək, ora üz tuta bilər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol