• $
  • €
  • ₽
  • ₺
  • £

VEYSƏLOĞLU son 3 ayda 5 min ton məhsulu birbaşa tarladan rəflərə gətirib

VEYSƏLOĞLU son 3 ayda 5 min ton məhsulu birbaşa tarladan rəflərə gətirib
01.09.2021 18:52
 
Veysəloğlu Şirkətlər Qrupu "Tarladan rəfə” prinsipinə sadiq qalaraq əhalinin yerli və təbii məhsullarla təminatını davam etdirir.
 
Şirkətlər Qrupunun 2021-ci ilin may ayından etibarən fəaliyyətə başlayan Meyvə-Tərəvəz satınalma şirkəti kənd təsərrüfatı məhsullarının birbaşa fermerdən alışını həyata keçirir. Şirkətin hədəfi əhalinin uyğun qiymətə və təbii məhsullarla təmin edilməsi, həmçinin ölkənin əkinçilik potensialının tam olaraq üzə çıxarılması və kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır.
 
İlkin mərhələdə Şəki-Zaqatala, Gəncə-Qazax, Aran iqtisadi rayonlarında fəaliyyət başlanılıb. Belə ki, artıq Veysəloğlu Şirkətlər Qrupuna aid supermarket və marketlərin soğan ehtiyacının 98%-i (təqribən 1400 ton), kartofun 95%-i (təqribən 2000 ton) və kökün 100%-i (200 ton) birbaşa fermer təsərrüfatlarından alınaraq ödənilir. Veysəloğlu Şirkətlər Qrupu hazırda 62 aktiv kənd təsərrüfatı subyektindən məhsul alışları həyata keçirir. Qeyd edək ki, regionlar üzrə ümumilikdə 170-dən çox əkin sahəsində fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin növbəti mövsüm üçün razılıq əldə olunub.
 
Son 3 ayda təqribən 1.5 milyon manat (5.000 ton) dəyəri olan meyvə-tərəvəz çeşidlərinin birbaşa təsərrüfat subyektləri üzərindən alışları baş tutub. Xüsusi ilə bildirək ki, soğan, kök, kartof, sarımsaq, şaftalı, gavalı, alma, armud və gilas növləri üzrə məhsulların birbaşa kəndlidən alışı həyata keçirildiyi üçün istehlakçılar qiymət və yerli dad meyarı üzrə bu fərqi anlaya bilərlər.
 
Onu da bildirək ki, Şirkətlər Qrupu logistik əməliyyatların səmərəli və effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğan məhsullarının qəbulu, saxlanılması və çatdırılması məqsədi ilə Mingəçevir və Salyan rayonlarda yerli saxlama məntəqələrini istifadəyə verib. Öz məhsullarının Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz supermarket və Oba marketlər şəbəkəsində birbaşa satılmasını istəyən fermerlər +994559006774 əlaqə nömrəsinə müraciət edə bilərlər. 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol