• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: "Azərbaycanda pensiyaların alıcılıq qabiliyyəti aşağıdır"

Ekspert: "Azərbaycanda pensiyaların alıcılıq qabiliyyəti aşağıdır"
03.09.2021 13:26
Azərbaycanda son zamanlarda, xüsusilə pandemiya dövründə ərzaq və dərman ləvazimatlarının qiymətlərinin bahalaşması Azərbaycandakı pensiyaçıların aldığı pensiyaların  alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu sözləri anews.az-a açıqlamasında London İqtisad Məktəbinin (LSE) professoru, iqtisadçı Qubad İbadoğlu bildirib.
 
İqtisadçı deyir ki, əvvəlki illərlə müqayisədə Azərbaycan orta aylıq pensiya məbləğinə görə, keçmiş SSRİ ölkələrini qabaqlayıb. "Qazaxıstan istisna olmaqla, ölkəmiz Mərkəzi Asiya ölkələrindən və eləcə də, Ermənistandan irəlidədir. Amma orta aylıq pensiyaların artırılması aktual məsələ olmalıdır. Çünki burda yalnız sadəcə kəmiyyət müqayisəsi əsas deyil. Hər ölkənin pensiyaçısının aldığı pensiyanın alıcılıq qabiliyyəti var".
 
Hazırda pensiyaların orta aylıq məbləği  328,8 AZN təşkil edir. 
 


Prezident İlham Əliyev bu ilin fevralında əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
Qanunvericiliyə əsasən, əmək pensiyaları əvvəlki ilin nominal orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə görə indeksləşdirilir.
 
 Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıbov deyir ki, son 3 ildə sosial ödənişlərə ayrılan illik vəsaitin məbləği 60 faiz artaraq 6 milyard manatı ötüb. O cümlədən orta aylıq pensiya məbləği 60 faiz, minimum aylıq pensiya məbləği 2 dəfə artıb. Pensiya istiqaməti üzrə ayrılan illik vəsait də 50 faiz artıb.
 
Qurumun sözçüsü bildirib ki, aylıq sosial ödənişləri alanların sayı isə son üç ildə 160 min nəfər və ya 7 faiz artaraq 2,4 milyona çatıb.
 
"2021ci ilin 7 ayında sosial ödənişlərə 150 milyon manat çox olmaqla 3,5 milyard manat yönəldilib. Bu ilin 7 ayında pensiyaçılara 2,7 milyard manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 101 milyard manat çoxdur",  -  deyə Fazil Talıbov əlavə edib. 
 
Samirə Əli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol