• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov Bağdad Amreyevlə görüşdü

Əli Əsədov Bağdad Amreyevlə görüşdü
10.09.2021 19:43
Baş naziri Əli Əsədov bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Anews.az  xəbər verir ki, görüşdə ötən müddət ərzində Türk Şurasının güclənərək vacib beynəlxalq quruma çevrildiyi, dünya miqyasında nüfuzunun artdığı məmnuniyyətlə qeyd edilib. 
Azərbaycanın Türk Şurasına üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin, Vətən müharibəsi zamanı ölkəmizə verilən siyasi-mənəvi dəstəyə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və təşkilata üzv dövlətlərə minnətdarlıq ifadə olunub. Müharibənin ilk günlərindən qardaş Türkiyə Respublikasının birmənalı dəstəyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsilə açılan imkanlara toxunulub, Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd edilib. 
Azərbaycan Prezidentinin təşəbbüsü ilə ötən il Türk Şurasının koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş fövqəladə Zirvə görüşü türkdilli dövlətlərin həmrəyliyinin növbəti bariz göstəricisi kimi dəyərləndirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclasının və Türk Biznes Forumunun Bakıda keçirilməsi yüksək qiymətləndirilib. Forumun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmasının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib.

Tədbirlər çərçivəsində qəbul olunmuş qərarların və imzalanmış sənədlərin üzv ölkələr arasında müxtəlif sahələrdə, xüsusilə də iqtisadi-ticari və investisiya sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol