Bakıda müvəqqəti dayanacaqlar əlillər üçün pulsuz olacaq

Azərbaycan paytaxtında müvəqqəti dayanacaqlar və parkinqlər əlillər üçün pulsuz olacaq.Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib. H.Abdullayev qeyd edib ki, bu güzəşt yalnız I qrup əlillərə şamil ediləcək: “Yəni bu, məhz iş qabiliyyətini itirmiş əlillərə şamil olunacaq. Sürücülərin əlil olub-olmadığı nəzarətçilər tərəfindən müşahidə olunacaq. Sürücü I qrup əlildirsə, qeydiyyata alınacaq ki, cərimələnməsin. Eyni zamanda yaxınlıqda yaşayan əlillər üçün də dayanacaq kartları pulsuz olacaq”. H.Abdullayev bildirib ki, bu güzəştlərin II və III qrup əlillərə şamil olunması nəzərdə tutulmur: “Çünki bu kateqoriyaya aid əlillərin iş qabiliyyəti var”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















