• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda otelçilik sahəsinə dair işçi qrup yaradılacaq

Azərbaycanda otelçilik sahəsinə dair işçi qrup yaradılacaq
11.10.2021 14:32
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Dövlət Turizm Agentliyi, "Milli Otel Assosiasiyası” İctimai Birliyi və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.


Anews.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.


Görüşdə çıxış edən Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, vergi qanunvericiliyinin tətbiqi zamanı sahibkarların qarşısına çıxan çətinliklərin öyrənilməsi, bu istiqamətdə dövlət vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı birgə əməkdaşlığa əsaslanan horizontal münasibətlərin qurulması vergi siyasətinin prioritet istiqamətlərindəndir. Vergi ödəyiciləri ilə keçirilən görüşlərin müxtəlif fəaliyyət sahələrində mövcud vəziyyətin dəyərləndirilməsi, sektoral məsələlərin dinlənilməsi, təşviqlərin istiqamətlərinin müəyyənləşdirilməsi, qanunvericilikdə və inzibatçılıqda olan çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması baxımından faydalıdır. Hazırda hər bir sahənin fəaliyyət prioritetləri davamlı iqtisadi artımın təmin edilməsinə istiqamətlənib. Bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Fəaliyyət sahələri arasında pandemiyadan ən çox təsirlənən sahə turizm olub. Lakin pandemiyanın təsirlərinin azaldılması üçün həyata keçirilən tədbirlər bu sahəni yenidən canlandırıb. Son zamanlar dövriyyələrlə bağlı əldə edilmiş nəticələr də bunu deməyə əsas verir.


N.İmanov "kölgə iqtisadiyyatı” ilə mübarizənin davam etdirilməsi, uçot sisteminin təkmilləşdirilməsi və ədalatli rəqabət mühitinin formalaşdırılması üçün görülən işlərin təkcə nəzarətin gücləndirilməsi ilə deyil, eyni zamanda daha çox təşviqlər, güzəştlərin tətbiqi və stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində aparıldığını vurğulayıb. Baş idarə rəisi turizm sektorunun ölkə iqtisadiyyatının prioritet sahələrindən hesab olunduğunu, bu baxımdan təkcə pandemiya ilə əlaqədar deyil, ümumilikdə ortamüddətli dövr üzrə turizmin inkişafına zəmin yaradan dəyişikliklərin nəzərdə tutulduğunu bildirib.


Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov görüşün keçirilməsi üçün təşəbbüsə və təkliflər ətrafında aparılan geniş müzakirələrə görə Dövlət Vergi Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib, bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.


Görüşdə koronavirus pandemiyasının turizm sektoruna təsirləri və bu sahədə yaranan problemlər diqqətə çatdırılıb, təsirlərin aradan qaldırılması ilə bağlı bir sıra təkliflər müzakirə olunub.


Sonda bu sahənin inkişafı üçün Dövlət Vergi Xidməti, Dövlət Turizm Agentliyi, ictimai təşkilatlar və otel sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb, işçi qrupun yaradılması barədə ümumi razılıq əldə olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol