• $
  • €
  • ₽
  • ₺
  • £

TRACECA - nəqliyyat dəhlizində rəqəmsal yükdaşıma sistemi tətbiq ediləcək

TRACECA - nəqliyyat dəhlizində rəqəmsal yükdaşıma sistemi tətbiq ediləcək
26.10.2021 16:43
"Azərbaycan TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Hökumətlərarası Komissiyasına sədrlik etdiyi son 2 ildə bir sıra istiqamətlərdə fəal iş aparıb".
Bunu "Report"a açıqlamasında Komissiyanın Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

Xatırladaq ki, oktyabrın 21-də Komissiyanın videokonfrans formatında 15-ci illik iclası keçirilib. Tədbirdə quruma sədrlik Azərbaycandan Bolqarıstana keçib.
R.Rayramovun sözlərinə görə, 2 illik sədrlik dövründə Azərbaycan TRACECA dəhlizində prioritet istiqamətlər və layihələr üzrə işlərini aktivləşdirib.
"Sədrliyimiz dövründə 20-dən çox təşəbbüs irəli sürmüşük. Bu təşəbbüslər əsasən koronavirus (COVID-19) pandemiyasına qarşı birgə səy göstərilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı olub. Məsələn, TRACECA-nın Rəqəmsal Konsepsiyası qəbul edilib. Həmçinin konteyner daşımalarının inkişafı ilə bağlı müəyyən işlər görülüb. Bu işlər TRACECA-nın 2030-cu ilə qədər Konteyner Daşımalarının İnkişafı Strategiyasında öz əksini tapıb. TRACECA-nın Baş katibliyi Bakıda yerləşir və onun strukturu yenilənib, müasir çağırışlara cavab verən struktur hazırlanıb. TRACECA-nın 2022-ci ildən 2026-cı ilə qədər İnkişaf Stategiyası qəbul edilib”, - deyə o, qeyd edib.

Azərbaycan TRACECA zəncirində mərkəz rolunu oynayır
R.Bayramov Azərbaycanın sözügedən İnkişaf Stategiyasında rolunun artırılması ilə bağlı məsələyə toxunaraq deyib ki, ölkəmiz TRACECA zəncirində, əsas nəqliyyat qovşağında mərkəz rolunu oynayır: "Azərbaycan son 5 ildə bütün infrastrukturunu tamamilə yeniləyib, yeni dəniz limanı inşa edib, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini istifadəyə verib, onunla artıq yükdaşımalar həyata keçirilir, bu çərçivədə böyük layihələr icra edilir, hətta Qarabağa yüklər daşınır. Azərbaycan bu dəhlizdə qabaqcıl ölkələrdən biridir. Təşəbbüslərin bir çoxu Azərbaycanın dəstəyi ilə irəli sürülüb".

Onun sözlərinə görə, TRACECA dəhlizində yükdaşımanın rəqəmsallaşdırılması ilə bağlı üəyyən planlar var: "İBM şirkətinin irəli sürdüyü təşəbübs var, bu qlobal tranzit sənədi layihəsidir. TRACECA ölkələri çərçivəsində biz bunu müzakirə edirik. Növbəti ildə pilot daşıma həyata keçirilə bilər. Bu tam olaraq rəqəmsal daşıma olacaq, rəqəmsal sistem üzərində daşıma planlaşdırılır. Layihənin həyata keçiriləcəyi tarix məsləhətləşmələrdən sonra müəyyən olacaq. Əsas məqsəd kağız sənədlərin azaldılmasıdır. Bu isə dəhliz üzərində hərəkət edən daşıyıcılar, siğorta şirkətləri, hüquq mühafizə orqanlarının nümayəndələri kağız sənədləri elektron qaydada qəbul edə bilər. Həmin sənədlər üzərində sərəncam verilməsi asanlaşa bilər. Biz həm məlumatların təhlükəsizliyi, həm də sistemlərin uyğunlaşdırılması üçün bu sistemin tətbiqini istəyirik”.

Konteyner daşımaların inkişafı mövzusunda seminar keçiriləcək
R.Bayramov TRACECA çərçivəsində keçiriləcək görüşlərlə bağlı da danışıb: "Bizim mütəmadi görüşlərimiz var, demək olar ki, bir aydan bir keçirilir. Bu nəqliyyat dəhlizi çərçivəsində ölkələrin faydalanması üçün biz müəyyən tədbir və seminarlar təşkil edirik. Noyabrın 20-də Beynəlxalq Dəmiryolçular İttifaqı ilə birlikdə "TRACECA dəhlizi üzrə konteyner daşımaların inkişafı" mövzusunda seminar keçiriləcək”.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında TRACECA dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 27,143 milyon ton, yük dövriyyәsi isә 6 408,3 milyon ton/km olub. Bu, ötən ilin eyni dövrü müqayisədə müvafiq olaraq 0,1% az və 2,2% çoxdur.
Hesabat dövründə yüklərin 15,224 milyon tonu və yaxud 56,1%-i avtomobil nəqliyyatı, 8,819 milyon tonu və yaxud 32,5%-i dəmir yolu nəqliyyatı, 3,099 milyon tonu və yaxud 11,4%-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3%-ni və yaxud 6,043 milyon onunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 9,9% çoxdur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol