• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank Şəmkirdə!

AccessBank Şəmkirdə!
22.11.2021 13:20
AccessBank filial şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə və keyfiyyətli bank xidmətlərini əlçatan etməyə davam edir. Bank, bu dəfə Şəmkir şəhərində yeni filialını istifadəyə verir. Yeni konsepsiya əsasında təmir edilən filial şəhərin mərkəzində - Həzi Aslanov küçəsi 24 ünvanında yerləşir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. 
 
Şəmkir filialının rəhbəri Elgün Namazov yeni filialın açılması münasibətilə şəmkirlilər üçün xüsusi endirim kampaniyasının keçirildiyini bildirib:”AccessBank olaraq, biznes fəallığını və müştərilərin istəklərini nəzərə alaraq, Şəmkir şəhərində yeni filial açdıq. Bu münasibətlə şəmkirlilərə sevindirici xəbərimiz var – onlar  bir ay ərzində bütün növ plastik kartları 50% endirimlə, 30 min manatadək nağd krediti isə komissiyasız əldə edə bilərlər.” 
Qeyd edək ki, Şəmkir filialı AccessBank-ın qərb bölgəsində ilk filialı deyil. Bank uzun illərdir ki, Gəncə, Qazax və Mingəçevir şəhərlərində də fəaliyyət göstərir.
 
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə bu ilin may ayından başlayıb. İlkin olaraq, Bankın Binəqədi filialında yenidənqurma işləri aparılıb. Növbəti ildə layihəyə uyğun olaraq,  digər filialların da yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və nümayəndəliklərin açılması nəzərdə tutulub. 
 
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  
 





 

 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol