• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvarın 1-dən maaşlardan çıxılma belə hesablanacaq

Yanvarın 1-dən maaşlardan çıxılma belə hesablanacaq
09.12.2021 23:44
"Tibbi sığorta haqqında” qanuna ötən il edilmiş dəyişikliklərə görə, 2022-ci ildən etibarən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8.000 manata qədər olan hissəsindən 2 faiz icbari tibbi sığorta haqqı tutulacaq.

"Qafqazinfo” bu məqamda hər iki sektorda işləyən işəgötürən və işçilərin əməkhaqqından 2022-ci ildən etibarən nə qədər sığorta haqqı tutulacağı ilə maraqlanıb. İcbari Tibbi Sığorta Agentliyindən sorğumuza nümunələr əsasında cavab verilib. Bildirilib ki, 2022-ci ildən etibarən hesablanma qaydası aşağıdakı kimi olacaq.
Nümunə ilə izah edək: 

• İşəgötürən tərəfindən.
İşəgötürən işçiyə aylıq 700 manat əməkhaqqı müəyyən edib. Yəni, işəgötürən işçi üçün həmin məbləğin 2%-i, aylıq 14 manat (700*2%=14) icbari tibbi sığorta haqqı ödəyəcək. 

2. İşəgötürən işçiyə aylıq 8500₼ əməkhaqqı müəyyən edib. Bu halda 8000 manatın 2%-i, yəni 160 manat (8000*2%=160), qalan 500 manatın isə 0.5%-i, yəni
2.5 manat (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. 
Nəticədə işəgötürən işçi üçün aylıq 162.5 manat icbari tibbi sığorta haqqı ödəyəcək. 
• İşçi tərəfindən 
1. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 700 manatdır. Bu halda, onun əməkhaqqından 2%, yəni aylıq 14 manat (700*2%=14) icbari tibbi sığorta haqqı tutulacaq. 
2. İşçinin aylıq əməkhaqqı (əlavə, mükafat və s. daxil olmaqla) 8500 manatdır. Bu zaman 8000 manatın 2%-i, yəni 160 manat (8000*2%=160), qalan 500 manatın isə 0.5%-i, yəni 2.5 manat (500*0.5%=2.5) icbari tibbi sığorta haqqı hesablanır. 

Nəticədə işçinin əməkhaqqından aylıq 162.5 manat icbari tibbi sığorta haqqı tutulacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol