• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik etdi!- FOTOLAR

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik etdi!- FOTOLAR
05.03.2022 12:05
Proqrama seçilən 22 tələbə hər ay "Azercell”dən 200 AZN məbləğində təqaüd ilə təmin ediləcək
 
"Azercell Telekom” MMC gənc nəslin fərdi və peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi Tələbə Təqaüd və Təcrübə proqramının qaliblərini açıqlayıb. Mart ayının 3-də qaliblərin təntənəli mükafatlandırma mərasimində tələbələr ilə görüşən şirkətin rəhbər heyəti qalibləri təbrik edib, "Azercell”in istedadlı və xüsusi qabiliyyətli gənclərin yetişdirilməsinə daima töhfə verdiyini vurğulayıb. 
 
180 nəfərin müraciət etdiyi layihənin nəticələri dörd mərhələli seçim əsasında müəyyən edilib və 22 tələbə "Azercell” təqaüdçüsü və təcrübəçisi adına layiq görülüb. Şirkət bu tələbələrə təhsil ilinin sonunadək 200 AZN məbləğində təqaüd ayıracaq. 
 
Bundan əlavə, istedadlı gənclər Təcrübə proqramı sayəsində uyğun gəldikləri sahə üzrə bilik və bacarıqlarını artıra biləcəklər. Bu il ərzində proqram iştirakçıları təcrübəçi qismində "Azercell”in peşəkar komandasına qatılacaq, real tapşırıq və layihələrdə iştirak etməklə səriştələrini inkişaf etdirə biləcəklər. Təcrübə proqramı çərçivəsində gənclər "Azercell” Akademiyasının sertifikatlı təlimçiləri tərəfindən keçirilən bir sıra təlimlərdə də iştirak edəcəklər. 
Tələbələrlə görüşdə "Azercell”in müxtəlif departamentlərinin əməkdaşları gənclərə öz peşələrinin xüsusiyyətləri haqda danışıb, onları maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda "Azercell”in Təqaüd və Təcrübə proqramının iştirakçılarına mükafatlar təqdim olunub. 
 
2009-cu ildən etibarən "Azercell Telekom” MMC tərəfindən reallaşdırılan Tələbə Təqaüdü proqramı çərçivəsində Azərbaycanın müxtəlif təhsil ocaqlarında oxuyan tələbələrə təqaüd ayrılır. İndiyədək Azərbaycanın fərqli universitetlərində bakalavr və magistratura pillələrində təhsil alan Tələbə Təqaüdü 2022 Proqramının iştirakçılarının sayı da daxil olmaqla, 257 tələbə "Azercell” şirkətinin təqaüdçüsü seçilib. Vətən Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələr də ötən il "Azercell”in bu proqramı çərçivəsində dəstəklənib. 2007-ci ildən etibarən həyata keçirilən Təcrübə Proqramı sayəsində isə 254 tələbə "Azercell”də təcrübə keçib, onlardan 34-ü  "Azercell”də işlə təmin olunub. 
Xatırladaq ki, bir çox qabaqcıl ali təhsil məktəbləri ilə əməkdaşlıq edən "Azercell” şirkəti tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunması, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr də həyata keçirir. 
 
"Azercell” şirkəti Azərbaycanın təhsil sistemindəki yenilikləri izləyərək ali məktəblərlə əməkdaşlığı daha da gücləndirmək, istedadlı gənclərin inkişafına yardımçı olmaq yolunu davam etdirmək niyyətindədir. 
 









www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol