• $
  • €
  • ₽
  • ₺
  • £

ABB 5 mükafat qazandı

ABB 5 mükafat qazandı
10.03.2022 10:49
Azərbaycan Banklar Assosiasiyası ABB-nin ötən il həyata keçirdiyi bir sıra layihələri mükafatlandırıb. 2021-ci ilin nəticələrinə görə ABB "Korporativ sosial məsuliyyət”, "Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, "Ən fəal təhsil dəstəkçisi”, "Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, "Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə ilin qaliblərindən seçilib. 

Xatırladaq ki, ötən il ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində XXXII Tokio Yay Olimpiya və XVI Yay Paralimpiya oyunlarında milli komandalarımızın maliyyə tərəfdaşı olub. Massaçusets Texnologiyalar İnstitutunun (MIT) professoru Conatan Qruberin dünyanın aparıcı universitetlərində tədris olunan "Dövlət maliyyəsi və dövlət siyasəti” kitabını Azərbaycan dilində nəşr etdirərək universitetlərə, mərkəzi kitabxanalara hədiyyə edib. 

Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və KOBİA ilə tərəfdaşlıq əsasında regionlarda kiçik və orta sahibkarlar üçün maarifləndirici təlimlər keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə 2-ci ABB Regional Hakatonunu uğurla reallaşdırıb. Həmçinin ABB Tech Akademiyasında və ABB İnnovasiya Mərkəzində təhsil və inkubasiya proqramları davam etdirilib. İl ərzində ABB ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı bir sıra önəmli addımlar atıb. O cümlədən tərəfdaşları ilə birgə ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında bank kartları ilə təmassız ödənişlərin tətbiqinə başlayıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol