• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrovdan müharibə ilə bağlı yeni AÇIQLAMA/VIDEO - YENİLƏNİB

Lavrovdan müharibə ilə bağlı yeni AÇIQLAMA/VIDEO - YENİLƏNİB
10.03.2022 15:28
Rusiya ilə  atəşkəslə bağlı razılaşma əldə olunmayıb  və Lavrov Mariupol sakinlərinin təxliyəsi üçün humanitar dəhliz açmağa razılıq verməyib.  
 
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. 
 
Ukraynalı nazirdən sitat gətirən  Reuters agentliyi bildirir ki,  Kuleba Lavrovla eyni formatda yenidən görüşməyə hazır olduğunu deyib.
 
Lavrov həmçinin bildirib ki, Rusiya prezidenti  ukraynalı həmkarı ilə görüşdən imtina etməyib. 
 
"Prezident Putin prezident Zelenski ilə görüşdən imtina etməyib. Yəqin nə vaxtsa belə bir görüşə ehtiyac yaranacaq. Amma buna qədər Belarusda keçirilən danışıqların nəticələrinə uyğun  hazırlıq işləri   görülməlidir.  Bizim  son dərəcə konkret təkliflərimiz Ukrayna nümayəndə heyətinə  verilib və onlarbu təkliflərə son dərəcə  konkret cavablar verməyə boyun olublar", - Lavrov Ukrayna və Türkiyə xarici işlər nazirləri ilə görüşdən sonra keçirdiyin mətbuat konfransında vurğulayıb.
 
Sergey Lavrov  başqa ölkələrin  ərazisinə hücum etmək niyyətiniz varmı sualına cavabında bildirib ki, "biz başqa ölkələrin ərazisinə hücum etməyi  planlaşdırmırıq. Biz Ukraynaya da hücum etməmişik".
 
"Biz sadəcə Ukraynaya  bir neçə dəfə  izah etdik ki, Rusiya Federasiyasının təhlükəsizliyinə birbaşa təhlükə yaradan vəziyyət yaranıb. Prezident Putin bu barədə dəfələrlə fikir bildirib. Amma indi  "azad edilən ərazilərdə" üzə çıxan yeni faktlar  göstərir ki, bu "xalq respublikalarına" hücum palnlaşdırılırdı.  Özü də bu hücumlar bu ay planlaşdırılırdı. Təmamilə dözülməz faktdır ki, Pentaqonun onun puluna, ABŞ-ın puluna yaradılan bioloji labaratoriyalarda etdikləri dözülməzdir.   Onlar Ukrayna ərazisindən patogenlər üzərində eksperimentlər aparır ki, sonra bundan bioloji silah üçün istifadə etsinlər", - Lavrov bildirib.  

 
Sergey Lavrov  doğum evinin  Rusiya Silahlı Qüvvələri tərəfindən mərmi atəşinə tutulması ilə də bağlı açıqlama verib.  

O bildirib ki,  bir gün əvvəl rus qoşunları tərəfindən atəşə tutulan Mariupoldakı doğum evində "Azov” millətçi batalyonunun bazası yerləşdirilib. 

"Rusiya bu barədə məlumatları bir neçə gün əvvəl BMT-yə ötürüb", - Lavrov deyib. 

Lavrov həmçinin Qərb mediasını vəziyyəti qərəzli işıqlandırmaqda ittiham edib.

"Təəssüf ki, istənilən situasiyanın ikinci tərəfi,  obyektiv baxış formalaşdırmağa imkan verən tərəfə xüsusi diqqət ayrılmır”, - Rusiya XİN rəhbəri vurğulayıb.

Martın 9-da Ukrayna hakimiyyəti və Qərb mediası Mariupolda doğum evinin atəşə tutulduğunu, nəticədə biri uşaq olmaqla 3 mülki şəxsin həlak olduğunu, daha 17 nəfərin yaralandığını bildirib.

  

 
N.Təbrizli
Kənan Əzizli


 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol